Kulinariya üzrə II respublika çempionatı başa çatıb
12
10 2018
news image

           Dünya Kulinariya Təşkilatları Birliyinin yaradılmasının 90 illiyi münasibəti ilə keçirilən “Peşə təhsili müəssisələri tələbələrinin kulinariya üzrə II Respublika çempionatı” başa çatıb.  

            5 gün davam edən yarışda Bakıda və regionlarda fəaliyyət göstərən peşə təhsili müəssisələrində kulinariya üzrə təhsil alan tələbələrdən ibarət 10-dan çox komanda iştirak edib.

           Təcrübəli aşpaz və kulinarlardan ibarət münsiflər heyəti tərəfindən 100 ballıq sistem üzrə qiymətləndirmə qaydalarına əsasən qalib komandalar müəyyən olunub.

           Müsabiqədə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Mərkəzi, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Mərkəzi və Bakı Turizm Peşə Məktəbinin tələbələri müxtəlif nominasiyalar üzrə daha yüksək nəticələr əldə edərək qalib olublar.

            Qalib komandalar medal, sertifikat və kubokla təltif ediliblər.

            Qeyd edək ki, yarış Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı, “Azərbaycanda Peşə Təhsili və Təliminin İnkişafına Avropa İttifaqının Dəstəyi” texniki yardım layihəsinin dəstəyi ilə keçirilib.