Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Bayraktar Teknoloji Azerbaycanda görüş keçirib
05
02
2026
4 fevral 2026-cı il tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Bayraktar Teknoloji Azerbaycanda qonaq olub.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbəri İlqar Bayramlı və onu müşayiət edən nümayəndələr ilə keçirilən görüşdə Bayraktar Teknoloji Azerbaycan ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq çərçivəsində memorandumun imzalanması perspektivləri və bu sənəd əsasında həyata keçirilə biləcək birgə fəaliyyətlər müzakirə edilib.
Görüş zamanı müdafiə sənayesi və yüksək texnologiyalar sahəsində ixtisaslı texniki kadrların hazırlanması, peşə təhsili müəssisələri ilə sənaye arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də uzunmüddətli birgə layihələr üzrə fikir mübadiləsi aparılıb.
Həmçinin oxu