Tələbə qəbulunun I mərhələsində müraciət edənlərin sayı 36 000 nəfəri ötüb
12
08 2025
news image

11 avqust 18:00-dan etibarən 2025/2026-ci tədris ili üçün peşə təhsili müəssisələrinə tələbə qəbulu prosesinin I mərhələsinə yekun vurulub. 22 iyul tarixindən etibarən www.portal.edu.az platforması vasitəsilə 36 278  nəfərdən 123 930  müraciət daxil olub.

Peşə təhsili almaq istəyən şəxslər əsasən İKT, turizm, sənaye, kənd təsərrüfatı və iaşə istiqamətlərində olan ixtisasları seçməyə üstünlük veriblər.

          Müsabiqənin nəticələrinin 16 avqust tarixində elan olunması nəzərdə tutulur. Nəticələr müraciətçilərə SMS vasitəsilə təqdim edilməklə yanaşı, “şəxsi kabinet” bölməsində də yer alacaq.
Nəticələr elan olunduqdan sonrakı 10 gün müddətində müsabiqədən keçən şəxslərin peşə təhsili müəssisələrində qeydiyyatı həyata keçiriləcəkdir.

           Peşə təhsil pilləsi üzrə boş qalmış plan yerlərinə tələbə qəbulunun II mərhələsinin 26 avqust - 2 sentyabr tarixlərində baş tutması planlaşdırılır.