Tələbə qəbulu planının əmək bazarına uyğunlaşdırılmasına dair seminar keçirilib
21
01 2025
news image

17 yanvar 2025-ci il tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Peşə təhsili müəssisələrinin tələbə qəbulu planının əmək bazarına uyğunlaşdırılması” mövzusunda seminar keçirilib.

Seminarda peşə təhsili müəssisələri ilə əmək bazarı arasındakı əlaqənin gücləndirilməsi, tələbə qəbulu planının əmək bazarına uyğunlaşdırılması, yeni ixtisasların və proqramların hazırlanması və tətbiqi, eləcə də bu planların tərtibində işəgötürənlərin rolu müzakirə olunub.

Görüşdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin, Dövlət Məşğulluq Agentliyinin, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın, Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri və peşə təhsili müəssisələrinin rəhbərləri iştirak ediblər.