1 may 2024-cü ildən etibarən "myGov" şəxsi kabinet əsaslı elektron hökumət portalı vasitəsilə ümumilikdə 500 nəfər vətəndaş elektron arayış əldə edib. Bu vətəndaşlardan 341 nəfər peşə təhsili diplom məlumatları, 209 nəfər isə cari peşə təhsili xidmətindən istifadə edərək elektron arayış alıb.
Qeyd edək ki, vətəndaşların ilk və texniki peşə təhsili səviyyəsini təsdiq edən diplomlar, eləcə də peşə təhsili müəssisələrində təhsil alan cari tələbələr haqqında məlumatlar 1 may 2024-cü il tarixindən "myGov" portalına inteqrasiya olunub.
Xatırladaq ki, 2020-ci ildən peşə təhsili müəssisələrinə tələbə qəbulu "portal.edu.az" platforması vasitəsilə elektron qaydada həyata keçirilir və həmin ildən sonra məzun olan şəxslərin diplom məlumatları elektron hökumət portalında əks olunur. Kağız və elektron daşıyıcıda olan məlumatlar bərabər hüquqi qüvvəyə malikdir.