Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin komandası ölkəmizi 22-29 avqust tarixlərində Hindistanda keçiriləcək dünya robot olimpiyadasında təmsil edir. "Industry Thank" komandası 75 ölkənin qatılacağı Bots Combat (robotların qaydasız döyüşü) kateqoriyası üzrə 30 kiloqram çəki dərəcəsində mübarizə aparacaq. "Industry tank" Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin mühəndisləri tərəfindən hazırlanmış döyüş robotudur.
Qeyd edək ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin komandası WRC (Dünya Robot Çempionatı) Azərbaycan finalında "Botscombat" (robotların qaydasız döyüşü) katiqoriyası üzrə 3-cü yeri tutaraq Hindistanda keçiriləcək dünya robot olimpiyadasına vəsiqə qazanıb. Ölkəmiz ilk dəfə olaraq adıçəkilən yarışlarda iştirak edir.