6 iyul tarixində “İmkanlar sənə doğru!” şüarı ilə ucqar kəndlərdə yaşayan gənclərə fürsətlər qazandırmaq üçün yola çıxan Səyyar Gənclər Xidməti Ağdaş rayonundan fəaliyyətinə start verib. Açılış tədbirində Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi və Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndələri iştirak ediblər. Tədbirdə mərkəzin tələbələrinin əl işlərindən ibarət sərgi nümayiş etdirilib və mərkəzdə yaradılmış şərait, maddi-texniki baza, tədris olunan ixtisaslar haqqında gənclərə ətraflı məlumat verilib.
Ölkəmizdə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasına əsasən, bu il Səyyar Gənclər Xidməti gənclərin ekoloji məlumatlılığını, həmçinin ətraf mühitin qorunması sahəsində bilik və fəallıqlarını artırmağa yönəlib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzi və "Gənc Könüllülər” tərəfindən həyata keçirilən "Səyyar Gənclər Xidməti” layihəsinin bu il oktyabr ayınadək hər birində 5 gün olmaqla, 10 şəhər və rayonda ucqar kənd gənclərinə xidmət göstərməsi nəzərdə tutulur.