2023-2024-cü tədris ildə peşə təhsilində baş verən əsas hadisələr
04
07 2024
news image

2023-2024-cü tədris ildə peşə təhsilində baş verən əsas məqamlar

644 infotur və 52 açıq qapı keçirilib.

Gənclərin peşə təhsilinin yaratdığı imkanlar barəsində maarifləndirilməsi məqsədilə Bakıda və regionlarda yerləşən Peşə təhsili müəssisələrində 644 infotur və 52 açıq qapı keçirilib. Ümumilikdə 39 600-dək şagirdə peşə təhsili barədə məlumatla verilib.

Cari tədris ilində ümumilikdə 31 506 nəfər peşə təsili pilləsində təhsil alıb.

2023/2024-cü il  tədris ilində ilk peşə təhsili üzrə 1580, texniki peşə üzrə 27     511, yüksək texniki peşə üzrə 2415 nəfər tədrisə cəlb olunub.

13 634 kişi, 6929 nəfər qadın peşə təsilinə qəbul olunub.

Cari tədris ilində 13 634 kişi, 6929 nəfər qadın, ümumilikdə 20 563 nəfər peşə təsil müəssisələrinə qəbul olunub.

Qəbələ, Gəncə və Mingəçevirdə 114 nəfər keçmiş məcburi köçkün qısamüddətli təlimlərə cəlb olunub.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 114 nəfər keçmiş məcburi köçkün Qəbələdə qısamüddətli təlimlərə cəlb olunub. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dayə, bərbər, çilingər, turizm təşkilatçısı, arıçı, heyvandarlıq mütəxəssisi, əməliyyatçı mühasib, aşpaz-qənnadıçı ixtisasları üzrə 80 nəfər, Mingəçevir peşə liseyində əməliyyatçı mühasib və elektrik montyoru ixtisasları üzrə 6 nəfər, Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində qənnadıçı-şirniyyatçı və bərbər-vizajist-manikürçü ixtisasları üzrə 26 nəfər təlimlərə cəlb olunub.

İqtisadiyyatın dayanıqlı inkişaf modelinə keçidi və təhsilin roluna həsr olunmuş maarifləndirmə həftəsi keçirilib.

İqtisadiyyatın dayanıqlı inkişaf modelinə keçidi və təhsilin roluna həsr olunmuş maarifləndirmə həftəsi çərçivəsində 20-24 may tarixlərinə İqtisadi Zonaların inkişafı Agentliyinin nəznində Peşə Təhsil Mərkəzində 50-dən çox işəgötürən qurumun iştirakı ilə “İstehsal, ətraf-mühit və bərpa olunan enerji” mövzusunda interaktiv seminar, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Ekonəqliyyata keçid” sərgisi, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində isə “Kənd təsərrüfatında yaşıl innovasiyalar” mövzusunda infotur baş tutub.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl artım” gündəliyində təhsil konfransı keçirilib.

27 may tarixində Elm və Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə iqtisadiyyatın dayanıqlı inkişaf modelinə keçidi və təhsilin roluna həsr olunmuş maarifləndirmə həftəsinin yekunu olaraq milli sosial-iqtisadi prioritet olan təmiz ətraf mühit və “yaşıl artım” üzrə təhsil-təlim komponentlərini müzakirə etmək və bu istiqamətdə yeni sistemli yanaşmaları formalaşdırmaq məqsədilə “Yaşıl artım” gündəliyində təhsil konfransı keçirilib.

TƏMƏL platforması yaradılıb.

Peşə təhsili müəssisələri ilə işəgötürənlər arasında daimi və ardıcıl şəkildə əməkdaşlıq münasibətlərinin qurulması və bu münasibətlərin daha da genişləndirilməsinin təmin edilməsi, işəgötürənlər tərəfindən PTM məzunlarının işlə təmin olunmasında marağın artırılması məqsədilə TƏMƏL (Peşəkar kadrların təminatı üzrə TƏrəfədaşlıq və MƏLumatlandırma) platformasının yaradılıb. Platforma çərçivəsində Salyan rayonunda “İşəgötürənlərin peşə təhsilinə inteqrasiyası” mövzusunda dəyirmi masa, İqtisadi Zonaların inkişafı Agentliyinin nəznində Peşə Təhsil Mərkəzində 50-dən çox işəgötürən qurumun iştirakı ilə “İstehsal, ətraf-mühit və bərpa olunan enerji” mövzusunda interaktiv seminar, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Ekonəqliyyata keçid” sərgisi, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində isə “Kənd təsərrüfatında yaşıl innovasiyalar” mövzusunda infotur baş tutub.

Gəncə-Daşkəsən və Qazax-Tovuz iqtisadi rayonlarında peşə təhsili və dövlət-özəl tərəfdaşlığına dair regional forum keçirilib.

Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi, Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin üzvü Pərvin Kərimzadə, o cümlədən Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin nümayəndələri, həmçinin sözügedən iqtisadi rayonlarda fəaliyyət göstərən özəl sektor nümayəndələri iştirak ediblər.Regional forumların keçirilməsində əsas məqsəd işəgötürənlərin peşə təhsili sisteminə cəlb edilməsi, kadr hazırlığının işəgötürənlərin tələblərinə uyğun aparılması və təhsildə dövlət-özəl tərəfdaşlığı sisteminin həyata keçirilməsi perspektivlərinin müzakirəsidir.

Qarabağ, Şərqi Zəngəzur və Mərkəzi Aran iqtisadi rayonlarında peşə təhsili və dövlət-özəl tərəfdaşlığına dair regional forum keçirilib

Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi, Dövlət Məşğulluq Agentliyi, KOBİA və digər dövlət qurumlarının rəsmiləri, həmçinin sözügedən iqtisadi rayonlarda fəaliyyət göstərən özəl sektor nümayəndələri və Peşə təhsil müəssisələrinin rəhbərbərləri iştirak ediblər. Forumda işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində işəgötürənlərlə peşə təhsili sistemi arasında əməkdaşlıq imkanları geniş müzakirə edilib.

Peşə təhsili pilləsi üzrə diplomlar elektron hökumət portalına inteqrasiya olunub.

Vətəndaşların ilk və texniki peşə təhsil səviyyəsi üzrə təhsilini təsdiq edən diplom haqqında məlumatlar “myGov” şəxsi kabinet əsaslı elektron hökumət portalına inteqrasiya olunub. Belə ki, portalda peşə təhsil müəssisələrinin məzunlarının 2019-cu ildən bu günədək olan diplomları əks olunub.

Peşə təhsili alan tələbə ABŞ-da keçirilən beynəlxalq yarışda iştirak edib.

Bərdə Peşə Liseyinin "Binaların tikintisi və istismarı" ixtisası üzrə I kurs tələbəsi Samuray Abdullayev STEAM Azərbaycan (STEAM Azerbaijan)  Festivalında "VEX V5" modulu üzrə 1-ci yeri tutduğu üçün 22-30 aprel 2024-cü il tarixlərində ölkəmizi Amerika Birləşmiş Ştatlarında keçiriləcək “Vex Robotics Championship 2024” yarışında STEAM Azərbaycan komandasının tərkibində təmsil edib.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin komandası Hindistanda keçiriləcək dünya çempionatına vəsiqə qazanıb. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin komandası WRC (Dünya Robot Çempionatı) Azərbaycan finalında "Botscombat" (robotların qaydasız döyüşü)  katiqoriyası üzrə 3-cü yeri tutaraq Hindistanda keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.

Füzuli şəhərində Füzuli Peşə Liseyinin tikintisinə başlanıb.

Peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimi və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinin şərtlərində dəyişikliklər edilib.

Belə ki, cari ildən etibarən ixtisas fənn müəllimi vakansiyası üzrə orta ixtisas və ya ali təhsilli və ixtisası üzrə istehsalat və xidmət sahələrində ən azı 1 il əmək stajı olan şəxslər, istehsalat təlimi ustası vakansiyası üzrə peşə, orta ixtisas və ya ali təhsilli və ixtisası üzrə istehsalat və xidmət sahələrində ən azı 5 il əmək stajı olan şəxslər müraciət edə biləcəklər.

Azərbaycan “WorldSkills Asia Abu Dhabi 2023” regional yarışda iştirak edib.

Bərbər ixtisası və veb texnologiyaları üzrə “Skills Azərbaycan 2023” Milli yarışının qalibləri Hafiz Hüseynov və Aytac Ağayeva sözügedən peşə istiqamətləri üzrə Birləşmiş Ərəb Əmirliklərin Əbu-Dabi şəhərində keçirilən “WorldSkills Asia Abu Dhabi 2023” yarışında ölkəmizi təmsil ediblər. “Skills Azərbaycan 2023” müxtəlif bacarıq istiqamətlərini əhatə edən gənclər arasında keçirilən milli yarışdır. Bacarıqlar arasında veb-texnologiyalar, 3D oyun sənəti, aşpazlıq, bərbər ixtisası, zərgərlik, qaynaqçı ixtisası və kibertəhlükəsizlik kimi sahələr yer alır.

Bakıda “Silk Way – Flavour Fest: Baku Edition” adlı beynəlxalq aşpazlıq yarışması təşkil ediləcəkdir.

16-20 iyul 2024 tarixlərində “WorldSkills Azerbaijan” ictimai birliyi tərəfindən Bakıda “Silk Way – Flavour Fest: Baku Edition” adlı beynəlxalq aşpazlıq yarışı təşkil ediləcəkdir. Sözügedən yarış CÀSÀ-nın (Culinary Arts Center of Azerbaijan) ev sahibliyi çərçivəsində keçiriləcəkdir. Tədbirdə Qazaxıstan, Qırğızıstan və Özbəkistanda olmaqla 3 ölkədən gələcək yarışmaçı və nümayəndələr iştirak edəcəkdir. 

Müharibə veteranı” adı almış və ödənişli əsaslarla peşə təhsil alan şəxslərin təhsil haqqı dövlət büdcəsi hesabına ödəniləcək.

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən ölkəmizin ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış və ödənişli əsaslarla peşə təhsil alan şəxslərin təhsil haqqı dövlət büdcəsi hesabına ödəniləcək.

Cari tədris ilindən etibarən qəbul planına 9 yeni ixtisas əlavə edilib.

2024-2025-ci tədris ili üzrə dronların texniki xidməti və təmiri üzrə texnik (dual), kargüzarlıq və ofis xidmətləri üzrə mütəxəssis, qida və içki üzrə mütəxəssis, elektrik və hibrid avtomobillərinin təmiri  (dual), nəqliyyat sistemlərinin texniki istismarı (hava nəqliyyatı üzrə),  alternativ enerji qurğu və avadanlıqlarının istismarı, günəş panelləri quraşdırıcısı və təmirçisi (dual), tibbi avadanlıqların təmiri və xidməti elektromexaniki (dual), suvarma maşınları və nasos qurğuları maşinisti (dual) ixtisasları üzrə tələbə qəbulu aparılacaq.