Elm və Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən 28 May Müstəqillik Gününə həsr olunmuş Bakı və Sumqayıt şəhərlərində yerləşən peşə təhsili müəssisələrinin tələbələri arasında keçirilən mini futbol turnirinə yekun vurulub.
Turnirdə Bakı və Sumqayıt şəhərlərində yerləşən peşə təhsil müəssisələrini təmsil edən 14 komanda mübarizə aparıb. 1 ay müddətində davam edən turnirin final qarşılaşması 23 may tarixində baş tutub. Finalda Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “Lokomotiv” komandasını məğlub edən Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “Vətən” komandası turnirin qalibi olub. Turnirdə 3-cü yeri isə Rabitə və İnformasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “Rabitə” komandası tutub. Turnirin mükafatçılarına kubok, medal və hədiyyələr təqdim edilib.