Bərdə Peşə Liseyində “PMD Hospitality” MMC-nin Qarabağ və Şərqi Zəngəzur regionlarındakı fəaliyyəti barədə məlumatlandırıcı görüş keçirilib
15
05 2024
news image

     14 may tarixində Bərdə Peşə Liseyində maraqlı tərəflərin “PMD Hospitality” MMC-nin Qarabağ və Şərqi Zəngəzur regionlarındakı fəaliyyəti barədə məlumatlandırıcı görüş keçirilib. Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri, Kiçik və Orta Biznesinin İnkişaf Agentliyinin nümayəndəsi, PMD Hospitality şirkətinin rəhbərliyi, regionda fəaliyyət göstərən peşə təhsil müəssisələrinin rəhbərləri, Bərdə Peşə Liseyinin inzibati-rəhbər, pedaqoji heyəti, tələbə və məzunları iştirak ediblər. Tədbirdə PMD Hospitality şirkətinin rəhbərliyi tərəfindən şirkətin hazırki fəaliyyəti, şirkət tərəfindən Ağdam şəhərində və işğaldan azad olunmuş digər bölgələrdə tikilən hotellər və mövcud iş imkanları haqqında iştirakçılara ətraflı məlumat verilib.

     Tədbirdə həmçinin iştirakçılar arasında Azərbaycanda qeyri-neft sektorunun və turizm ekosisteminin inkişafı, yerli peşəkar insan resurslarının yetişdirilməsi mövzularında fikir mübadiləsi aparılıb.