Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı” tədbiri keçirilib
29
12 2023
news image

26 dekabr tarixində peşə təhsilinin üstünlükləri və yaratdığı imkanlar barəsində gənclərin maarifləndirilməsi məqsədilə Peşə Təhsili üzrə Dövlət Agentliyi və Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “Açıq qapı” tədbiri keçirilib. Tədbirdə Gəncə şəhərində yerləşən İnteqrasiya təlimli internat tipli gimanziyanın və ümumtəhsil məktəblərinin 384 nəfər şagirdi, işəgötürənlərin nümayəndələri və müəssisənin uğurlu məzunları iştirak ediblər.

Mərkəzin direktoru Şahin Məhərrəmov tədbir iştirakçılarına peşə təhsilinin zəruriliyi, şagirdlərin düzgün peşə seçiminin əhəmiyyəti peşə təhsilinin perspektivləri haqqında ətraflı məlumat verib. Həmçinin, mərkəzin uğurlu məzunları müxtəlif peşə sahələri üzrə öz məsləhət və tövsiyələrini verib və uğur hekayələrini danışıblar.

Tədbir zamanı qonaqlar mərkəzin tədris emalatxanaları, laboratoriyalar, sinif otaqları ilə tanış olublar və əl işlərindən ibarət sərgilərə baxıblar.

Sonda şagirdlərə Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən xatirə hədiyyələri təqdim olunub.