Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış konfransı öz işinə başlayıb
13
12 2023
news image

13 dekabr tarixində Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış konfransı öz işinə başlayıb. Konfransda dövlət rəsmiləri, millət vəkilləri həmçinin peşə təhsili və təlimi sahəsində aktiv fəaliyyət göstərən müxtəlif işəgötürən qurumların nümayəndələri iştirak edirlər. Konfransın keçirilməsində əsas məqsəd peşə təhsili sahəsində ölkəmizdə son illər aparılan islahatlara diqqət çəkmək, bu istiqamətdə fəaliyyət göstərən maraqlı tərəfləri bir araya gətirərək faydalı müzakirələr təşkil etməkdir.

Tədbirdə “Böyük Qayıdış: yeni iqtisadi reallıqlar və əmək bazarının dəyişən tələbləri”, “Əmək bazarının ehtiyacları: rəqəmsallaşan dünyada dəyişən tələblər”, “Dəyişən nəqliyyat və logistika xəritəsində iddialı yer tutan Azərbaycan: sənayenin yeni bacarıq və səriştə ehtiyacları”, “Real sektorun ehtiyacları: yeni ixtisaslı kadrları necə hazırlamalı?” mövzularında panel müzakirələr baş tutacaqdır.