“Fövqəladə halların idarəedilməsi” mövzusunda maarifləndirmə tədbiri keçirilib
07
12 2023
news image

06 dekabr 2023-cü il tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə Bakı, Sumqayıt və Abşeron peşə təhsili müəssisələrinin rəhbər heyəti üçün fövqəladə hallar zamanı davranış qaydalarına dair maarifləndirmə tədbiri həyata keçirilib.

Tədbirdə ilkin olaraq çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu cür silsilə tədbirlərin həyata keçirilməsinin vacibliyini qeyd edərək, peşə təhsili müəssisələrində davranış qaydalarına dair bilik və bacarıqların təkmilləşdirilməsi, bu sahədə maarifləndirmə prosesinin davamlı olmasını xüsusilə vurğulayıb.

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev təhsilalan və təhsilverənlərin yarana biləcək fövqəladə hallara hazır olmasını, lazımi tədbirlər görülməsinin əhəmiyyətini qeyd edib.

Ardınca Fövqəladə Hallar Nazirliyinin nümayəndələri tərəfindən suda boğulma, yanğın, dəm qazı və digər fövqəladə hallar zamanı davranış qaydalarına dair ətraflı məlumat verilərək, maarifləndirici videoçarxlar nümayiş etdirilib