Türkiyənin milli təhsil naziri Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olub
“Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçılarına aktivlərin verilməsi mərhələsi başlayıb
Elm və Təhsil Nazirliyi yanında İşəgötürənlər üzrə Məşvərətçi Şuranın iclası keçirilib
Peşə təhsilini təmsil edən komandalar SAF 2022-də mükafat qazanıblar
Peşə təhsili üzrə “AzerGold” təqaüdünün qalibləri mükafatlandırılıb

Elm və Təhsil Nazirliyi yanında İşəgötürənlər üzrə Məşvərətçi Şuranın iclası keçirilib

22.12.2022

22 dekabr tarixində Elm və Təhsil Nazirliyi yanında İşəgötürənlər üzrə Məşvərətçi Şuranın ilk iclası keçirilib. Məşvərətçi Şuranın tərkibinə daxil olan dövlət qurumları, işəgötürən təşkilatlar və işəgötürənlərin nümayəndələri iştirak edib.

Məşvərətçi Şuranın sədri, elm və təhsil nazirinin müavini İdris İsayevin sədrliyi ilə keçirilmiş görüşdə  işəgötürənlərlə tərəfdaşlığın əhəmiyyəti vurğulanıb və Məşvərətçi Şuranın fəalliyyəti barədə məlumat verilib.

Tədbirdə üzvlər əmək bazarının ixtisaslı kadrlarla təmin edilməsində dövlət-özəl əməkdaşlığının qurulması ilə bağlı prioritet istiqamətləri müzakirə ediblər və fikir mübadiləsi aparıblar.

1 / 14