Elm və təhsil nazirinin müavini İdris İsayev “WorldSkills Azerbaijan” komandası ilə görüşüb
Peşə təhsil müəssisələrinin müəllim-pedaqoji heyəti üçün Türkiyə Respublikasına təlim səfəri təşkil olunub
80-dən çox peşə təhsili alan tələbə duala bənzər proqrama cəlb edilib
Peşə Təhsili üzrə Dövlət Agentliyi Peşə təhsil müəssisələrində “Akademik məsləhətçi (tyutor)” vakansiyası elan edir.
Dual Təhsil Proqramı çərçivəsində təhsil alan tələbələrin iş yerində praktiki məşğələlərinə start verilib

Peşə Təhsili üzrə Dövlət Agentliyi Peşə təhsil müəssisələrində “Akademik məsləhətçi (tyutor)” vakansiyası elan edir.

18.11.2022

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil (humanitar, sosial elmlər, idarəetmə və s.)
  • Təhsil sahəsində minimum 1 illik iş təcrübəsi
  • “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarını; elm və təhsil sahələrinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını; ali məktəb pedaqogikasını və psixologiyasını; tədrisin təşkili qaydalarını; tədris planları və proqramlarla işləməyi; tələbələrlə davranış qaydalarını; tələbələrlə işin psixoloji xüsusiyyətlərini.
  • Tədris planları və sillabusların hazırlanması ilə bağlı bilik və bacarıqlar
  • Təşkilatçılıq və koordinasiya bacarıqları
  • Yüksək səviyyədə tələbələrlə ünsiyyət qurmaq bacarığı
  • “Microsoft Office” proqramlarından istifadə bacarığı
  • Xarici dil biliyi olması üstünlükdür;

Vəzifə üzrə öhdəliklər:

  • Tələbələrin akademik maraqlarını qorumaq və müdafiə etmək;
  • Tədris prosesinin təşkili ilə bağlı zəruri məlumatları və sənədləri tələbələrə təqdim etmək;
  • Tələbələrin fərdi tədris və iş planlarının tərtibi üçün onlara qrup halında və ya fərdi məsləhətlər vermək;
  • İl ərzində müntəzəm olaraq akademik məsləhətləşmələr təşkil etmək;
  • Tələbələrin fərdi tədris planlarının qəbulunu təşkil etmək və ixtisaslar (proqramlar) üzrə illik işçi planlarının tərtib edilməsində iştirak etmək;
  • İmtahanların təşkilinə yardım etmək;
  • Semestr üzrə tədrisin gedişatına nəzarət etmək və lazımi hesabatları rəhbərliyə çatdırmaq;
  • Tələbələrə fərdi tədris planında dəyişiklik aparmağa yardım göstərmək;
  • İstiqamətlər (ixtisaslar, proqramlar) üzrə təhsil almaq üçün lazım olan metodik materialların hazırlanmasına və mövcudluğuna, eləcə də tələbələrin modullar üzrə attestasiyasının keçirilməsini təmin etmək.
  • yay semestrinin təşkilində iştirak etmək

İş qrafiki: Bazar ertəsi-cümə, saat 09:00-18:00

Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq

Son müraciət tarixi: 25 noyabr

Yalnız Bakı, Gəncə, Bərdə, Qəbələ, Cəlilabad regionları üzrə namizədlər müraciət edə bilərlər

Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini ytp@vet.edu.az elektron ünvanına mövzu yerinə “Akademik məsləhətçi (tyutor) və müraciət etdiyi region”-u qeyd etməklə göndərə bilərlər.

Nəzərinizə çatdırırq ki, yalnız seçilən namizədlərlə 1 dekabr 2022-ci il tarixinədək əlaqə saxlanılacaqdır.

1 / 14