Elm və təhsil nazirinin müavini İdris İsayev “WorldSkills Azerbaijan” komandası ilə görüşüb
Peşə təhsil müəssisələrinin müəllim-pedaqoji heyəti üçün Türkiyə Respublikasına təlim səfəri təşkil olunub
80-dən çox peşə təhsili alan tələbə duala bənzər proqrama cəlb edilib
Peşə Təhsili üzrə Dövlət Agentliyi Peşə təhsil müəssisələrində “Akademik məsləhətçi (tyutor)” vakansiyası elan edir.
Dual Təhsil Proqramı çərçivəsində təhsil alan tələbələrin iş yerində praktiki məşğələlərinə start verilib

Zəfər Gününə həsr olunmuş “Tarix yazan peşəkarlar” adlı tədbir keçirilib

04.11.2022

4 noyabr tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən Zəfər Gününə həsr olunmuş “Tarix yazan peşəkarlar” adlı tədbir keçirilib.

Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov, millət vəkili Arzu Nağıyev, həmçinin Birinci Qarabağ və Vətən müharibəsi iştirakçıları olmuş mühəndis-pedaqoji heyət, tələbə və məzunlar, şəhid ailələri nümayəndələri iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Agentlik rəhbəri Ceyhun Kərəmovun açılış nitqində tarixi qələbədə şəhidlərimizin, qazilərimiz müstəsna xidmətləri vurğulanıb. Qeyd olunub ki, Birinci Qarabağ müharibəsində döyüşmüş 31 Milli Qəhrəmanımız peşə təhsili müəssisələrində təhsil alıb ki, bu da onlara vətənpərvərlik ruhunda təlim-tərbiyə olunduqlarını və vətənə sevgi hissinin yüksək olduğunu göstərir. Bundan əlavə, 44 günlük Vətən müharibəsində peşə təhsil müəssisələrində təhsil alan qazi tələbələrin, qazi müəllimlərin olduğu, 1 müəllim və 188 tələbənin vətənin azadlığı uğrunda qəhrəmancasına şəhid olduqları nəzərə çatdırılıb.

Çıxışların davamı olaraq, millət vəkili Arzu Nağıyev müharibədə şəhid olmuş qəhrəman və qazilərin ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edib. Vətən müharibəsində Azərbaycan ordusunun, xalqın nümayiş etdirdiyi ruh yüksəkliyindən, qətiyyət və əzmkarlığından, yüksək mənəvi hazırlığından söz açaraq, işğal altında olan torpaqlarımızın azad edilməsi uyğun Azərbaycan xalqının birliyini vurğulayıb.

Tədbirdə qazi müəllimlərin, qazi tələbələrin və şəhid ailələrinin nümayəndələrinin çıxışlarından sonra onlar Fəxri fərmanla təltif edilib. Daha sonra, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri tərəfindən “Vətən bağı” adlı musiqili kompozisiya təqdim olunub. Sonda qonaqların iştirakı ilə peşə təhsil müəssisələri tələbələrinin əl işlərindən ibarət “Zəfər günü” adlı sərgi ilə tanışlıq keçirilib.

1 / 14