Elm və təhsil nazirinin müavini İdris İsayev “WorldSkills Azerbaijan” komandası ilə görüşüb
Peşə təhsil müəssisələrinin müəllim-pedaqoji heyəti üçün Türkiyə Respublikasına təlim səfəri təşkil olunub
80-dən çox peşə təhsili alan tələbə duala bənzər proqrama cəlb edilib
Peşə Təhsili üzrə Dövlət Agentliyi Peşə təhsil müəssisələrində “Akademik məsləhətçi (tyutor)” vakansiyası elan edir.
Dual Təhsil Proqramı çərçivəsində təhsil alan tələbələrin iş yerində praktiki məşğələlərinə start verilib

Peşə təhsil müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün “logistika operatoru” ixtisası üzrə təlimlər keçirilir

26.09.2022

12-16 sentyabr tarixlərində Gəncə şəhərində Quba, Xaçmaz və Gəncədən olan peşə təhsil müəssisələrinin mühəndis - pedaqoji heyəti üçün “logistika operatoru” ixtisası üzrə təlimlərin ilkin mərhələsi keçirilib. Təlim proqramı Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal Nazirliyinin (BMZ) malliyə dəstəyi ilə Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH tərəfindən həyata keçirilən “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Peşə Təhsili və Tədris Proqramı” (PSD TVET SC) çərçivəsində təşkil olunub.

Təlimlərin məqsədi özəl sektorun ehtiyaclarına uyğun hazırlanmış 9 “Logistika Operatoru” modulu (o cümlədən – İqtisadiyyatın və sosial işin əsasları, Yük və daşımaların əsasları, Beynəlxalq yükdaşıma, Daşıma xərclərinin hesablanması, Təhlükəli yüklər, Təhlükəsizlik, Logistikanın əsasları, Anbarların idarə edilməsi, Logistika informasiya sistemləri və təsərrüfat uçotunun əsasları) üzrə mühəndis – pedaqoji heyətin nəzəri biliklərinin təkmilləşdirməsidir.

Təlim iki mərhələdən ibarətdir. Birinci mərhələ Gəncə beş gün ərzində (12-16 Sentyabr) hər gün davam edib. İkinci mərhələ isə onlayn şəkildə (19-30 Sentyabr) davam edir.

Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi layihəsi Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşdirilir və 2017-2023-cü illəri əhatə edir. Proqramın məqsədi seçilmiş sektorlarda rəqabətlilik bacarığını yüksəltmək, özəl və dövlət sektor nümayəndələrinin əməkdaşlığını inkişaf etdirmək, özəl sektorun davamlı inkişafı və duala bənzər peşə təlimi sahəsində regional və beynəlxalq təcrübə mübadiləsini gücləndirməkdir.

1 / 14