“AzerGold” QSC və Peşə Təhsili üzrə Dövlət Agentliyi peşə təhsili alan tələbələr üçün növbəti təqaüd proqramını elan edir
Direktor və direktor müavinlərinin işə qəbul müsabiqəsinin müsahibə mərhələsi üzrə apelyasiya prosesinə start veriləcək
“Cənubi Qafqazda peşə təhsilinə dəstək” layıhəsinin yekunlarına həsr olunan dəyirmi masa təşkil edilib
Peşə təhsil müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün “logistika operatoru” ixtisası üzrə təlimlər keçirilir
Avando.az portalının təqdimat mərasimi keçirilib

Avando.az portalının təqdimat mərasimi keçirilib

19.09.2022

        19 sentyabr tarixində işəgötürənlərlə işaxtaranlar arasında körpü funksiyasını yerinə yetirəcək həmçinin məzunlar üçün məlumat mənbəyi olan www.avando.az portalının təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Elm və Təhsil Nazirliyinin,  Peşə Təhsili üzrə Dövlət Agentliyinin eləcə də işəgötürən təşkilatların nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən qonaqlar 21-ci əsrdə karyera planlamasının peşə təhsili alan gənclər üçün də olduqca vacib amil olduğunu vurğulayıblar.

       İşəgötürən və işaxtaranlara rəqəmsal həllər təklif edən layihə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin  dəstəyi ilə hazırlanıb. Portalda namizədlər  "Vakansiyalar", "Təlimlər" bölmələrinə daxil olaraq mövcud elanları görə bilir, elan haqqında ümumi məlumat əldə edir və şəxsi profilini yaradaraq öz müraciətlərini edə bilirlər.

        Doldurulmuş profil üzrə namizədə sistem tərəfindən müxtəlif iş təklifləri göstərilir. Bundan əlavə, portalda yer alan “Vakansiyalar” bölümündə saytda olan bütün vakansiyaları görmək mümkündür. Layihənin xüsusilə də peşə təhsili almış gənclərin karyera inkişafı üçün vacib platformaya çevriləcəyi gözlənilir.

       Avando.az işaxtaranlar və işəgötürənlər üçün vaxt itkisinin qarşısını almağa hədəflənib. İş üçün müraciət edənlər indi seçim mərhələlərini şəxsi profilində izləyərək tam şəffaf prosesi görə biləcəklər. Toplanan məlumat bazası isə uzunmüddətli plan və strategiya istiqamətində aparılan işlər üçün vacib rol oynayacaq.

      Qeyd edək ki, layihə Elm və Təhsil Nazirliyinin "Peşə təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” mövzusunda keçirdiyi qrant müsabiqəsi üzrə qalib olub.

1 / 14