“AzerGold” QSC və Peşə Təhsili üzrə Dövlət Agentliyi peşə təhsili alan tələbələr üçün növbəti təqaüd proqramını elan edir
Direktor və direktor müavinlərinin işə qəbul müsabiqəsinin müsahibə mərhələsi üzrə apelyasiya prosesinə start veriləcək
“Cənubi Qafqazda peşə təhsilinə dəstək” layıhəsinin yekunlarına həsr olunan dəyirmi masa təşkil edilib
Peşə təhsil müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün “logistika operatoru” ixtisası üzrə təlimlər keçirilir
Avando.az portalının təqdimat mərasimi keçirilib

Peşə təhsil müəssisələrinə elektron tələbə qəbulunun nəticələri açıqlanıb

20.08.2022

20 avqust tarixində peşə təhsil pilləsi üzrə tələbə qəbulunun I mərhələsinin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən şəxslərin mobil telefonlarına nəticə barədə SMS  göndərilib. Peşə təhsil müəssisələrinə qəbul olan şəxslər qəbul olunduqları ixtisas və təhsil müəssisəsi barədə məlumatları portal.edu.az platformasındakı “şəxsi kabinet” bölümündən əldə edə bilərlər.

Peşə təhsil müəssisələrinə tələbə qəbulunun I mərhələsi çərçivəsində müsabiqədən keçən şəxslər 22 avqust - 27 avqust (saat 17:00-dək) tarixlərində aşağıda qeyd olunan sənədləri qəbul olunduğu peşə təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər:

  • attestatın əsli;
  • sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;
  • sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi;
  • şəxsiyyət vəsiqəsinin surəti;
  • 3 x 4 sm ölçüdə dörd ədəd fotoşəkil;
  • hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;
  • güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.

Qəbulun I mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsil müəssisəsində qeyd edilən tarixlərdə qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təqdim etməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

2022/2023-cü tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 127 ixtisas olmaqla 23340 yer üzrə aparılıb. İlk mərhələdə www.portal.edu.az platforması vasitəsilə 22016 nəfərdən 59993 müraciət daxil olub. Alınan nəticələr bu ilki müraciətçi sayının ötən ilin analoji göstəriciləri ilə müqayisədə 48 % çox olduğunu göstərir.

Qeyd edək ki, peşə təhsil müəssisələrində boş qalmış plan yerlərinə tələbə qəbulunun II mərhələsinin 30 avqust – 5 sentyabr tarixlərində baş tutması planlaşdırılır.

1 / 14