“Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçılarına aktivlərin verilməsi mərhələsi başlayıb
Elm və Təhsil Nazirliyi yanında İşəgötürənlər üzrə Məşvərətçi Şuranın iclası keçirilib
Peşə təhsilini təmsil edən komandalar SAF 2022-də mükafat qazanıblar
Peşə təhsili üzrə “AzerGold” təqaüdünün qalibləri mükafatlandırılıb
Elm və təhsil nazirinin müavini İdris İsayev “WorldSkills Azerbaijan” komandası ilə görüşüb

“WorldSkills Competition 2022 Special Edition” beynəlxalq bacarıq yarışlarında iştirak üçün aşpazlıq üzrə Milli müsabiqənin Final mərhələsi keçirilir

18.08.2022

“WorldSkills Competition 2022 Special Edition” beynəlxalq bacarıq yarışlarında ölkəmizi təmsil edəcək namizədin müəyyən edilməsi üçün 16 – 19 avqust tarixlərində aşpazlıq üzrə Milli müsabiqənin Final mərhələsi keçirilir.

4 gün davam edəcək yarış müddətində iştirakçılar 4 saat ərzində sirli qutuda təqdim edilən inqrediyentlərdən istifadə edərək aşpazlıq bacarıqlarını nümayiş etdirəcəklər. Namizədləri hər gün üçün xüsusi seçilmiş tapşırıqlar gözləyir.

Müsabiqənin sonunda iştirakçılardan yalnız biri cari ilin 23-26 oktyabr tarixlərində İsveçrənin Lütsern şəhərində keçiriləcək “WorldSkills Competition 2022 Special Edition” beynəlxalq bacarıq yarışında Azərbaycanı təmsil etmək hüququ qazanacaq.

Xatırladaq ki, Aşpazlıq üzrə Milli müsabiqənin III mərhələsi ötən ilin noyabr ayında baş tutub və seçilən uğurlu iştirakçılar “CÀSÀ” Kulinariya Mərkəzində 6 aylıq hazırlıq proqramına cəlb olunublar.

Müsabiqə Peşə Təhsili üzrə Dövlət Agentliyi, “WorldSkills Azerbaijan” platforması və “CÀSÀ” Kulinariya Mərkəzinin əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.

1 / 14