“AzerGold” QSC və Peşə Təhsili üzrə Dövlət Agentliyi peşə təhsili alan tələbələr üçün növbəti təqaüd proqramını elan edir
Direktor və direktor müavinlərinin işə qəbul müsabiqəsinin müsahibə mərhələsi üzrə apelyasiya prosesinə start veriləcək
“Cənubi Qafqazda peşə təhsilinə dəstək” layıhəsinin yekunlarına həsr olunan dəyirmi masa təşkil edilib
Peşə təhsil müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün “logistika operatoru” ixtisası üzrə təlimlər keçirilir
Avando.az portalının təqdimat mərasimi keçirilib

Peşə təhsilinin təşviqi məqsədilə yeni kampaniyaya start verilib

11.08.2022

       Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) dəstəyilə ölkədə peşə təhsilinin təşviqi üçün yeni tanıtım kampaniyasına başlanılıb.

       “Gələcək üçün Peşə Təhsili və Təlimi” layihəsinin dəstəyi ilə təşkil edilən kampaniya çərçivəsində Gəncə şəhərində müxtəlif peşə istiqamətlərini əhatə edən posterlər yerləşdirilib, Bakıda isə innovativ yanaşma olaraq rəqəmsal kürək çantalarından istifadə edilib. Paytaxtda aparılan səyyar təşviqat fəaliyyəti ilə peşə təhsili haqda məlumatlar eyni anda, şəhərin müxtəlif məkanlarında çoxsaylı insana çatdırıla bilir. #SənDəPeşəyəGəl çağırışı ilə təşkil edilən bu kampaniyanın peşə təhsil müəssisələrinə tələbə qəbulu müddətində davam etməsi planlaşdırılır.

      Qeyd edək ki, peşə təhsili almaq istəyən şəxslər “portal.edu.az”  platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır. 2022/2023-cü tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 127 ixtisas olmaqla 23340 yer üzrə aparılacaq. Həmçinin, dual təhsil proqramına müraciət edərək təhsil müddətiniz ərzində müxtəlif özəl sektor müəssisələrində iş yerində öyrənmə imkanı əldə edə bilərsiniz. Son müraciət tarixi 12 avqust 17:00-dır.

      Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsinin məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə yardım etməkdir.

1 / 14