“Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçılarına aktivlərin verilməsi mərhələsi başlayıb
Elm və Təhsil Nazirliyi yanında İşəgötürənlər üzrə Məşvərətçi Şuranın iclası keçirilib
Peşə təhsilini təmsil edən komandalar SAF 2022-də mükafat qazanıblar
Peşə təhsili üzrə “AzerGold” təqaüdünün qalibləri mükafatlandırılıb
Elm və təhsil nazirinin müavini İdris İsayev “WorldSkills Azerbaijan” komandası ilə görüşüb

Azərbaycanda ilk dəfə olaraq Restoran Xidməti üzrə Yarış keçirilib

20.07.2022

Lənkəran şəhərində Peşə Təhsili üzrə Dövlət Agentliyi, Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramının birgə əməkdaşlığı ilə “WorldSkills Azerbaijan” platforması tərəfindən ilk dəfə olaraq Restoran Xidməti üzrə Yarış keçirilib. Müsabiqənin ilk iki mərhələsini uğurla başa vuran iştirakçılar restoran xidməti üzrə bacarıqlarını FİNAL turunda sınayıblar.

Yarışın I mərhələsinə Azərbaycanın fərqli şəhərlərindən bu sahədə çalışan və oxuyan 173 gənc müraciət edib. Müraciətçilər arasından II - nəzəri mərhələni uğurla tamamlayanlar finala vəsiqə qazanıblar.

Yerli və xarici mütəxəssislərdən ibarət münsiflər heyəti iştirakçıların qiymətləndirməsini “WorldSkills International” təşkilatının qoyduğu peşə standartlarına əsasən aparıb. Tədbirin sonunda seçilən qaliblər – İqrar Kərimli, Sənən Nəzərov, Əlvan Abdullayev mükafatlandırılıblar.

Restoran Xidməti üzrə Yarışın tərəfdaşı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsidir.

Xatırladaq ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.

1 / 14