“Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçılarına aktivlərin verilməsi mərhələsi başlayıb
Elm və Təhsil Nazirliyi yanında İşəgötürənlər üzrə Məşvərətçi Şuranın iclası keçirilib
Peşə təhsilini təmsil edən komandalar SAF 2022-də mükafat qazanıblar
Peşə təhsili üzrə “AzerGold” təqaüdünün qalibləri mükafatlandırılıb
Elm və təhsil nazirinin müavini İdris İsayev “WorldSkills Azerbaijan” komandası ilə görüşüb

Peşə təhsilində Sinqapur təcrübəsi öyrənilir

18.07.2022

18-29 iyul tarixlərində Peşə Təhsili üzrə Dövlət Agentliyinin Asiya İnkişaf Bankı və Sinqapurun Institute of Technical Education (Sinqapur Texniki Təhsil İnstitutu) ilə birgə əməkdaşlığı çərçivəsində peşə təhsili sahəsində çalışan idarəedici işçilər və rəhbərlər üçün Sinqapur təcrübəsi və modelinə həsr olunmuş  təlim proqramı keçirilir. Peşə və ömürboyu təhsil xidmətləri sahəsində nüfuzlu qurum kimi tanınan ITE-nin təlim proqramı müxtəlif sahələri əhatə edir.

Təlimin açılışında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov və Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya departamentinin Sosial məsələlər bölməsinin rəhbəri Ray Hiraoka çıxış edərək peşə təhsilinin ölkələrin iqtisadi inkişafı üçün əhəmiyyətini və qarışıqlı təcrübə mübadiləsinin vacibliyini vurğulayıblar.

Proqram “Uğurlu Peşə Təhsili İnkişafı – Sinqapur Təcrübəsi”, “Peşə Müəssisələrində Maliyyə Planlaması və İdarəedilməsi”, “Peşə Müəssisələrinin İnfrastrukturunun Dizaynı”, “Peşə Təhsilində Akademik Planlama”, “Keyfiyyətli Peşə Təhsili Məzmunu”, “Peşə Təhsilində Pedaqoji Heyətin İnkişafı”, “Sinqapur Ağıllı Sənaye Hazırlığı” və “Sənayelər Arası Peşə Təhsili” modullarından ibarətdir. Təlimlərdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin, peşə təhsil müəssisələrinin o cümlədən Təhsil Nazirliyi sisteminə daxil olan digər qurumların əməkdaşları iştirak edəcək.

 5 yarım günlük  sessiyalardan ibarət olan təlimlərin iki həftə içərisində tamamlanması planlaşdırılır.

1 / 14