Peşə təhsil müəssisələrinə elektron tələbə qəbulunun I mərhələsi yekunlaşıb
Peşə təhsilinin təşviqi məqsədilə yeni kampaniyaya start verilib
Dual Təhsil Proqramının əhatə dairəsi genişləndirilir
Yüksək texniki peşə təhsil səviyyəsi üzrə müəllimlərin işə qəbulu müsabiqəsinə başlanılır
İxtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbul imtahanının keçirildiyi Azərbaycan Texniki Universitetinə infotur təşkil edilib

“Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçıları lavanda təsərrüfatında olublar

07.07.2022

Peşə Təhsili üzrə Dövlət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Dövlət Məşğulluq Agentliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçılarının istehsal müəssisələrinə növbəti təlim səfəri baş tutub.

İlkin biznes təsəvvürünün və istehsal təcrübəsinin formalaşması məqsədilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin sonuncu kurs tələbələri Qəbələ rayonunun Çuxur Qəbələ kəndində yaradılmış lavanda təsərrüfatında olublar. Tələbələrə təsərrüfatın yaradılması və fəaliyyəti haqqında məlumat verilib, həmçinin onlar lavanda biçini və təsərrüfata qulluq prosesi ilə tanış olublar.

Qeyd edək ki, “Gənclərin biznes emalatxanası” layihəsinin məqsədi peşə təhsili alan gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi və sahibkarlıq fəaliyyətinə təşviq olunması, özünüməşğulluğunun təmin edilməsi, mikro və kiçik sahibkarlar arasında peşə təhsili almış gənclərin sayının artırılması, yeni biznes təşəbbüslərinin dəstəklənməsi, peşə təhsilinə marağın artırılmasıdır. 2021-2023-cü illəri əhatə edən layihə hazırda Cəlilabad, Ağdam və Qəbələ rayonlarında həyata keçirilir. Layihə dərzi, bitkiçilik və heyvandarlıq, xalçaçılıq, aqrotexniki xidmətlər, dülgər, çilingər, aşpaz, şirniyyatçı, turizm və qaynaqçı kimi sahələri əhatə edir. Biznes və peşə təlimlərini uğurla başa vuran gənclər seçdikləri fəaliyyət sahəsi üzrə müvafiq avadanlıqlarla təmin olunacaqlar.

1 / 14