Türkiyə Respublikasının nümayəndə heyəti ilə görüşlər keçirilib
Dual təhsil proqramı çərçivəsində təhsil alan tələbələrin sınaq istehsalat işi üzrə qiymətləndirilməsi keçirilib
“Bir Peşənin Sirri” Festivalı keçiriləcək
Peşə təhsil müəssisələrindəki karyera məsləhətçilərinin hazırlığı davam edir
Ötən həftə AHK Azərbaycanın İnsan Resursları və Peşə Təhsili və Təlimi İşçi qrupunun görüşü keçirilib

Dual təhsil proqramı çərçivəsində təhsil alan tələbələrin sınaq istehsalat işi üzrə qiymətləndirilməsi keçirilib

23.06.2022

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “Aşpaz” ixtisası üzrə təhsil alan tələbələrinin yekun qiymətləndirilməsinə başlanılıb.  Fairmont Bakı Hotel, JW Marriott  Absheron Baku, Baku Marriott Hotel Boulevard, Hilton Hotel, Courtyard by Mariott Baku, The Merchant Baku otelləri ilə bağlanan müqaviləyə əsasən dual təhsil proqramı üzrə təlimin praktiki hissəsi yekunlaşmaq üzrədir.

Dual təhsil proqramına uyğun olaraq seçilmiş tələbələr peşə təhsil mərkəzində nəzəri biliklərlə yanaşı, Fairmont Bakı Hotel, JW Marriot Absheron hotel, Baku Mariott Hotel Boulevard, Hilton Hotel, Courtyard by Mariott Baku, The Merchant Baku otelində praktiki bacarıqlara yiyələnib.

Yekun qiymətləndirmənin ilkin mərhələsi olan istehsalat sınaq işinin qiymətləndirilməsində işəgötürən təşkilatların nümayəndələri yaxından iştirak edib.

İxtisas (sınaq) istehsalat işini qiymətləndirərkən tapşırığın yerinə yetirilməsinin son nəticəsi (keyfiyyəti, vaxt normasına əməl edilməsi), habelə işin planlaşdırılması, iş yerinin təşkili, iş üsullarının düzgün yerinə yetirilməsi, alətlərin istifadəsi, texniki təhlükəsizlik qaydalarına riayət edilməsi üzrə təhsilalanların bacarıq və vərdişləri qiymətləndirilib.

Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində keçirilən proqramın məqsədi turizm sənayesi nümayəndələri ilə birlikdə təcrübə əsaslı biliklərin tələbələrə ötürülməsinə imkan yaratmaqdan ibarətdir.

1 / 14