“WorldSkills Azerbaijan” Restoran Xidməti üzrə Yarışda iştirak üçün müraciətlər qəbul edir
Zərgərlik ixtisası üzrə təhsil alanlar üçün nüfuzlu şirkətlərdə təcrübə imkanı yaradılıb
“WorldSkills Azerbaijan”ın iştirakçıları “Qızıl Şah” Milli Kulinariya Çempionatında qaliblər arasında yer alıb
Aşpazlıq üzrə “WorldSkills Azerbaijan” iştirakçıları “Qızıl Şah” Milli Kulinariya Çempionatında iştirak ediblər
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı” tədbiri keçirilib

Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” tədbiri keçirilib

29.04.2022

29 aprel tarixində Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” tədbiri keçirilib. Tədbirdə İctimaiyyət nümayəndələri, orta məktəb şagirdləri, valideynlər, həmçinin işəgötürənlər iştirak edib. Ümumtəhsil müəssisələrində təhsil alan 800-dən çox 9 və 11-ci sinif şagirdi “Açıq Qapı” tədbirinə cəlb edilib.

Tədbir zamanı iştirakçılar peşə təhsil müəssisəsinin emalatxanalarına baş çəkib, mövcud avadanlıq və xidmətlərlə yerində tanış olublar.  Tədbirdə “Aşpaz”, “Qənnadçı şirniyyatçı”, “Bərbər”, “Dərzi”, “Ağac nəqqaşı”, “Mebel ustası”, “Elektrik qaz qaynaqçısı”, “Kimyəvi analiz laborantı”, “Laborant mikrobioloq”, “Bərbər-vizajist-manikürçü”, “Kompüter operatoru”, “Rabitə avadanlıqlarının quraşdırıcısı” və “Telekommunikasiyada kompüter texnikasının istismarı üzrə operator” ixtisaslarını əhatə edən tələbələrin əl işləri sərgilənib, eyni zamanda həmin ixtisaslar üzrə mütəxəssis məlumatları təqdim edilib.

“Açıq qapı” günündə iştirakçılarına peşə təhsilində inklüziv tədris və xidmətlər, 2022/2023-cü tədris ili üzrə qəbul aparılacaq ixtisaslar barədə, eyni zamanda peşə təhsil müəssisələrinə qəbul qaydaları barədə ətraflı məlumat verilib. Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini bitirmiş uğurlu məzunlar və işəgötürənlərlə karyera perspektivləri barədə müzakirələr aparılıb.

Qeyd edək ki, “Açıq qapı” günlərinin məqsədi peşə təhsil müəssisələri haqqında məlumatlılıq səviyyəsini artırmağa, eləcə də gənclər üçün müvafiq təhsil seçimlərindən biri kimi peşə təhsilinin uğurlu təqdimatına kömək etməkdir.

1 / 14