“WorldSkills Azerbaijan” Restoran Xidməti üzrə Yarışda iştirak üçün müraciətlər qəbul edir
Zərgərlik ixtisası üzrə təhsil alanlar üçün nüfuzlu şirkətlərdə təcrübə imkanı yaradılıb
“WorldSkills Azerbaijan”ın iştirakçıları “Qızıl Şah” Milli Kulinariya Çempionatında qaliblər arasında yer alıb
Aşpazlıq üzrə “WorldSkills Azerbaijan” iştirakçıları “Qızıl Şah” Milli Kulinariya Çempionatında iştirak ediblər
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı” tədbiri keçirilib

“İM” MMC ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında Memorandum imzalanıb

20.04.2022

Ötən gün  Azərbaycanın  ən  böyük  mətbəx  mebeli  istehsalatçısı olan “İM” MMC Sənaye  və  İnnovasiyalar  üzrə  Bakı  Dövlət  Peşə Təhsil  Mərkəzi  arasında  Memorandum   imzalanıb.

İmzalanmış menoronduma əsasən “İM” MMC-nin əlim mərkəzində təkmilləşdirilmiş mebel  istehsalı,  innovativ  texnologiyalarla  işləmək bacarığına  malik  kadrlar  hazırlanacaq. Təlim - istehsal mərkəzində şirkətin ixtisaslaşmış mütəxəssisləri tərəfindən tələbələrin bilik və bacarıqlarının daim artırılması, mebel istehsalı üzrə kadr hazırlığının formalaşdırılması nəzərdə tutulub.

“Mutfakçı” şirkətinin rəhbəri İlkin Manafovun sözlərinə görə, imzalan memorandum yerli istehsalın gücləndirilməsi, təlim – istehsal prosesinin daha biznes yönümlü olmasına köməklik göstərəcək.

Qeyd olunanlarla yanaşı birgə əməkdaşlıq çərçivəsində Sənayə və  İnnovasiyalar  üzrə  Bakı  Dövlət  Peşə Təhsil  Mərkəzində “Mutfakçı” şirkətinin yeni kolleksiyalarının prototip şəklində istehsalı nəzərdə tutulub.

1 / 14