Türkiyənin milli təhsil naziri Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olub
“Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçılarına aktivlərin verilməsi mərhələsi başlayıb
Elm və Təhsil Nazirliyi yanında İşəgötürənlər üzrə Məşvərətçi Şuranın iclası keçirilib
Peşə təhsilini təmsil edən komandalar SAF 2022-də mükafat qazanıblar
Peşə təhsili üzrə “AzerGold” təqaüdünün qalibləri mükafatlandırılıb

Peşə Təhsili üzrə Dövlət Agentliyinin brend konsepsiyası yenilənib

14.04.2022

14 aprel tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyinin brend konsepsiyası yenilənib. Yeni loqonun mərkəzində təsvir olunan insan silueti, insan kapitalının inkişafının əsas hədəf və prioritet olduğunu ehtiva edir. Loqoda, həmçinin elm və təhsilin insan inkişafındakı rolunu göstərən kitab və pero təsvirləri, müxtəlif peşə istiqamətlərini göstərən oxlar əks olunub. Kənarlarda yer alan 8 guşəli ulduz isə milli mənəvi dəyərlərə bağlılığı simvolizə edir.

Loqonun yenilənməsində əsas məqsəd tətbiq edilən yeniliklərin, peşə təhsili pilləsi ilə bağlı görülən işlərin və həyata keçirilən müxtəlif növ fəaliyyətlərin daha effektiv formada və yeni kommunikasiya alətlərindən istifadə edilərək geniş ictimaiyyətə çatdırılmasıdır. Agentliyin yeni loqosunun hazırlanma prosesində son illər peşə təhsilinə artan maraq, bu sahəyə dövlətin diqqət və qayğısının artırılması ilə sözügedən təhsil pilləsinin ictimai statusunun yüksəlməsi nəzərə alınıb.

Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin brend konsepsiyası Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsinin dəstəyi ilə ərsəyə gəlib. Sözügedən layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə yardım etməkdir.

1 / 14