Türkiyənin milli təhsil naziri Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olub
“Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçılarına aktivlərin verilməsi mərhələsi başlayıb
Elm və Təhsil Nazirliyi yanında İşəgötürənlər üzrə Məşvərətçi Şuranın iclası keçirilib
Peşə təhsilini təmsil edən komandalar SAF 2022-də mükafat qazanıblar
Peşə təhsili üzrə “AzerGold” təqaüdünün qalibləri mükafatlandırılıb

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi “ASPI AGRO” MMC şirkəti ilə birgə təcrübə sahəsinin yaradılmasına başlayıb

08.04.2022

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi “ASPI AGRO” MMC şirkəti ilə birgə təcrübə sahəsinin yaradılmasına başlayıb.

Layihə çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin ərazisində ayrılmış sahəyə  “ASPI AGRO” MMC şirkəti tərəfindən verilən 500 ədəd “Pino Nuar” texniki sortu, 400 ədəd “Regina” süfrə sortu, 200 ədəd “İtaliya” sortu olmaqla ümumilikdə, 1100 ədəd üzüm tinglərinin əkini aparılmaqdadır. Əkin prosesində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin uyğun ixtisaslı mütəxəssisləri və “ASPI AGRO” MMC şirkətinin aqronom və mühəndisləri iştirak edirlər. Sahəyə aqrotexniki qulluq zamanı təcrübə ərazisində master-klassların təşkil olunması nəzərdə  tutulur.

Layihənin məqsədi “Üzümçülük və şərab ustası”, “Bağban - dekorator” və “Bitkiçilik” ixtisaslarının istehsalat təcrübəsi və təliminin keçirilməsi üçün təcrübə sahəsi yaratmaqdır.

Təcrübə sahəsinin yaradılması uyğun ixtisaslarda təhsil alan tələbələrin yerində istehsalat təcrübəsi və təlimi keçməsinə şərait yaratmaqla yaranabiləcək xərclərinə qənaət edəcək və digər tərəfdən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin maliyyə dayanıqlığının artmasına imkan  yaradacaq.

1 / 14