Peşə təhsil müəssisələrinə elektron tələbə qəbulunun I mərhələsi yekunlaşıb
Peşə təhsilinin təşviqi məqsədilə yeni kampaniyaya start verilib
Dual Təhsil Proqramının əhatə dairəsi genişləndirilir
Yüksək texniki peşə təhsil səviyyəsi üzrə müəllimlərin işə qəbulu müsabiqəsinə başlanılır
İxtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbul imtahanının keçirildiyi Azərbaycan Texniki Universitetinə infotur təşkil edilib

“Gələcək üçün peşə təhsili və təlimi” layihəsi çərçivəsində peşə təhsil müəssisələrinin iştirakı ilə strateji inkişaf planlarının hazırlanması istiqamətində təlim keçirilib

15.03.2022

03 - 05 mart tarixlərində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Gələcək üçün peşə təhsili və təlimi” layihəsi çərçivəsində Şəkidə keçirilən üçgünlük tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri, həmçinin Bakı, Gəncə, Şəki, Cəlilabad, Bərdə, Mingəçevir və Qəbələ şəhərində yerləşən 10 müxtəlif peşə təhsil müəssisəsinin direktorları iştirak edib.

Tədbirdə iştirakçılar müasir tendensiyaların peşə təhsilinə inteqrasiya yollarını və inkişaf planlarında strateji baxışın olmasının vacibliyini müzakirə ediblər. Peşə təhsil müəssisələri fəaliyyət planlarının hazırlanması, hər bir strateji plana uyğun olaraq dayanıqlı icra mexanizmlərinin və hesabat üsullarının formalaşdırılması üzrə çalışmalar həyata keçirib, o cümlədən iş strategiyasında yeni rəqəmsal resursları tətbiq etməklə effektivliyin artırılması üçün təkliflər hazırlayıblar. Bunlarla yanaşı, monitorinq və qiymətləndirmə, eləcə də daxili keyfiyyətin təminatı istiqamətlərində işçi qrupları səviyyəsində müzakirələr aparılıb.

Tədbir proqramı iştirakçılarının Şəki Dövlət Peşə Təhsil Mərkəzinə səfəri ilə yekunlaşıb.

Qeyd edilməlidir ki, sözügedən layihənin dəstəyi ilə müxtəlif peşə təhsil müəssisələri üçün 6 fərqli inkişaf planı hazırlanır. Bu planlar, mərkəzlərə davamlı inkişaf yanaşmasını, habelə əmək bazarının tələblərinə cavab verən kadrların hazırlanması prosesini həyata keçirməkdə kömək edəcək. Layihə tərəfindən təşkil edilən bu kimi tədbirlər eyni zamanda, Azərbaycandakı peşə təhsil müəssisələri arasında öndə gedən təcrübələrin paylaşılması, şəbəkələşmə və potensiallarının gücləndirilməsinə dəstək olacaq.

1 / 14