Turin Prosesi İşçi qrupunun görüşü keçirilib
Bakı və regionlarda həyata keçirilən “Dual Təhsil Proqramı”nın aralıq monitorinqi uğurla davam etdirilir
Peşə təhsilində təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı məlumat görüşü keçirilib
“Heydər Əliyev dayanıqlı Azərbaycan peşə təhsilinin yaradıcısıdır” adlı tədbir keçirilib
Peşə təhsil müəssisələrindəki kommunikasiya mütəxəssislərinin hazırlığı üçün növbəti tədbir keçirilib

Ötən həftə "Region şagirdləri arasında peşə təhsili sahəsinin təbliği" layihəsinin açılış tədbiri keçirilib

15.03.2022

11 mart tarixində Gəncə şəhərində "Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə icra edilən "Region şagirdləri arasında peşə təhsili sahəsinin təbliği" layihəsinin açılış tədbiri baş tutub.

Tədbirdə Milli Məclisin deputatı Müşfiq Cəfərov, Gəncə şəhəri Təhsil İdarəsinin rəisi Anar Qədiməliyev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin İşəgötürənlərlə iş və innovativ layihələr şöbəsinin müdir müavini Nigar İsmayılzadə, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Peşə Təhsili üzrə koordinatoru Zəhra Əmrahova və Gəncədə yerləşən orta təhsil məktəblərinin və peşə təhsil müəssisələrinin direktorları iştirak edib. Tədbirdə  layihəyə cəlb olunacaq ümumtəhsil məktəbləri, peşə təhsil müəssisələri, özəl sektor müəssisələri arasında sinerji yaratmaq, o cümlədən onlar arasında potensial əməkdaşlığı təşviq etmək xarakterli çıxışlar, təqdimatlar və müzakirələr aparılıb.

Layihənin məqsədi Gəncə şəhərində yerləşən ümumtəhsil məktəblərində təhsilalanların peşə təhsilinə maraqlarının artırılması, peşəyönümü xidmətinin həyata keçirilməsidir.

Layihə çərçivəsində Gəncə şəhərində yerləşən 10 ümumtəhsil məktəbinin ümumilikdə 200 şagirdi üçün peşə təhsili səviyyəsi ilə bağlı məlumatlandırıcı sessiyaların həyata keçirilməsi nəzərdə tutulur.

 

1 / 14