“WorldSkills Azerbaijan” Restoran Xidməti üzrə Yarışda iştirak üçün müraciətlər qəbul edir
Zərgərlik ixtisası üzrə təhsil alanlar üçün nüfuzlu şirkətlərdə təcrübə imkanı yaradılıb
“WorldSkills Azerbaijan”ın iştirakçıları “Qızıl Şah” Milli Kulinariya Çempionatında qaliblər arasında yer alıb
Aşpazlıq üzrə “WorldSkills Azerbaijan” iştirakçıları “Qızıl Şah” Milli Kulinariya Çempionatında iştirak ediblər
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı” tədbiri keçirilib

"BACARIQLI OL" Usta Yanında Öyrənmə Proqramı çərçivəsində “Satıcı - kassir” ixtisası üzrə 12 həftəlik qısamüddətli təlim kursu sona çatıb

24.01.2022

"BACARIQLI OL" Usta Yanında Öyrənmə Proqramı çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Bazarstore” MMC supermarketlər şəbəkəsi ilə birlikdə təşkil edilən “Satıcı - kassir” ixtisası üzrə 12 həftəlik qısamüddətli təlim kursu sona çatıb.

24 yanvar tarixində İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təlim kursunun yekununa dair tədbir keçirilib. Tədbir zamanı test imtahanında uğurlu nəticə göstərən 12 məzuna dövlət nümunəli sertifikatlar təqdim edilib. "Bazarstore" MMC şirkəti tərəfindən müdavimlərin işə müraciət anketlərinin təhlili və 17 yanvar tarixində keçirilmiş müsahibələr nəticəsində 11 məzun satıcı və kassir istiqamətləri üzrə işə qəbul olunub. Baş tutmuş tədbirdə layihəyə cəlb olunmuş peşə təhsil müəsissələrinin müəllimləri, "Bazarstore" MMC-nin Təşkilati inkişaf və işə qəbul şöbəsinin müdiri, Peşə Təhsili üzrə Dövlət Agentliyinin İşəgötürənlərlə iş və innovativ layihələr şöbəsinin müdir müavini, "BACARIQLI OL" Usta yanında öyrənmə proqramının layihə rəhbəri iştirak edib və gələcək karyera fəaliyyətlərində məzunlara tövsiyələrini bildiriblər.

Qeyd edək ki, “Satıcı - kassir” ixtisası üzrə 4 oktyabr 2021-ci il tarixindən başlayan 12 həftəlik qısamüddətli təlimlər Bakı, Sumqayıt və Gəncə şəhərlərində 18 yaşdan yuxarı işsizlər üçün nəzəri və praktiki dərslərdən ibarət olmaqla aparılıb. Dərslərin praktiki hissəsi üçün “Bazarstore” MMC Bakı, Sumqayıt və Gəncə şəhərlərinin hər biri üzrə bir mağazanı təyin edib. Təlim iştirakçıları bu mağazalarda həftənin 4 günü praktiki təlim, 1 günü isə nəzəri təlim (distant şəkildə) keçiblər. Təlim müddətində bütün iştirakçılar fərdi qəza siğortası, qida və uniforma ilə təmin olunmuşlar.

Təlim çərçivəsində iştirakçılar ərzaq və qeyri-ərzaq malları üzrə satıcı işinin təşkili, xəzinədar işinin əsasları, əmək təhlükəsizliyi, qida təhülkəsizliyi və sanitariya qaydaları, müştəri özəllikləri və müştəri məmnuniyyəti  və s. mövzular üzrə nəzəri və praktiki bilik və bacarıqlar əldə ediblər.

1 / 14