Peşə Təhsili üzrə Dövlət Agentliyi

"BACARIQLI OL" Usta Yanında Öyrənmə Proqramı çərçivəsində “Satıcı - kassir” ixtisası üzrə 12 həftəlik qısamüddətli təlim kursu sona çatıb
Peşə Təhsili üzrə Dövlət Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Peşə təhsil müəssisələrində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunan silsilə tədbirlər həyata keçirilir
"Əlaqə Mərkəzi Təmsilçisi" istiqaməti üzrə keçirilən təlim iştirakçılarına sertifikatlar təqdim olunub
“WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında iştirak üçün Kibertəhlükəsizlik üzrə Milli Yarışın II mərhələsi keçirilib

“WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında iştirak üçün Kibertəhlükəsizlik üzrə Milli Yarışın II mərhələsi keçirilib

10.01.2022

8 yanvar tarixində “WorldSkills Azerbaijan” platformasının təşkilatçılığı ilə Kibertəhlükəsizlik üzrə Milli Yarışın II mərhələsi baş tutub.

İkinci mərhələyə keçid hüququ qazanmış 123 iştirakçı 90 dəqiqə ərzində kibertəhlükəsizlik üzrə 30 açıq sual cavablayıb. İmtahan nəticələrinə əsasən, ən yaxşı nəticə göstərən iştirakçılar növbəti mərhələyə keçmək hüququ əldə edəcəklər.

III mərhələdə iştirakçılar  “Bayraq alma” (“Capture the Flag” (CTF)) formatında tapşırıqlar gözləyir. Bu mərhələdə uğur qazanan iştirakçılar kibertəhlükəsizlik üzrə “WorldSkills Azerbaijan” platformasının yığma komandasına daxil olaraq, sözügedən beynəlxalq yarışın hazırlıq prosesinə cəlb olunacaqlar. Hazırlıq prosesin sonunda, iki iştirakçı cari ilin 12-17 oktyabr tarixlərində “WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında Azərbaycanı təmsil edəcək.                                                                                              

Qeyd edək ki, yarışın ilk mərhələsi üzrə 149 müraciət qeydə alınmışdır. Seçim zamanı məlumatları düzgün qeyd olunan 25 yaşa qədər olan gənclərin iştirakı əsas götürülüb.

Xatırladaq ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.

 

1 / 14