Peşə Təhsili üzrə Dövlət Agentliyi

"BACARIQLI OL" Usta Yanında Öyrənmə Proqramı çərçivəsində “Satıcı - kassir” ixtisası üzrə 12 həftəlik qısamüddətli təlim kursu sona çatıb
Peşə Təhsili üzrə Dövlət Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Peşə təhsil müəssisələrində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunan silsilə tədbirlər həyata keçirilir
"Əlaqə Mərkəzi Təmsilçisi" istiqaməti üzrə keçirilən təlim iştirakçılarına sertifikatlar təqdim olunub
“WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında iştirak üçün Kibertəhlükəsizlik üzrə Milli Yarışın II mərhələsi keçirilib

Seçilmiş peşə təhsil müəssisələrinin “Nəqliyyat vasitələrinin texniki istismarı” və “Mühasibat Uçotu” ixtisasları üzrə təhsil verən müəllimləri üçün təlimlər həyata keçirilib

10.01.2022

Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən “İşəgötürənlərlə birgə çalışan işçilər üçün ixtisasartırma və kadr hazırlığı təlimlərinin təşkili” təşəbbüsü çərçivəsində seçilmiş peşə təhsil müəssisələrinin “Nəqliyyat vasitələrinin texniki istismarı” və “Mühasibat Uçotu” ixtisasları üzrə təhsil verən müəllimləri üçün təlimlər həyata keçirilib.

“Nəqliyyat vasitələrinin texniki istismarı” ixtisası üzrə təşkil edilən təlimlər ötən ay Gəncə və Bərdədə yerləşən peşə təhsil müəssisələrinin seçilmiş  müəllimləri iştirakı ilə  həyata keçirilib. Üç gün davam edən təlimlər Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində baş tutub.

Təlim müddətində müəllimlər mühərriklər və şassi sistemi üzrə benzin və dizel mühərrikinin quruluşu, iş prinsipi, mühərrikin mexaniki komponentləri, yağlama, soyutma, sorma və ixrac sistemi, habelə transmissiya elementləri, tormoz, asqı və sükan idarəetmə sistemi ilə bağlı biliklərini artırıblar. Bununla yanaşı elektrik/elektron sisteminin ümumi iş prinsipi, batareya, işəsalma, alışdırma və kuzovun elektrik sistemi haqqında geniş məlumatlar əldə ediblər.

Ötən ay həmçinin “Mühasibat Uçotu” ixtisası üzrə Qəbələ, Bərdə və Gəncə peşə təhsil müəssisələrinin seçilmiş müəllim və istehsalat təlim ustalarının iştirakı ilə “İNNAB” MMC Peşəkar İnkişaf Platforması tərəfindən onlayn təlimlər təşkil edilib.

Təlimin ilk iki günündə müəssisə strukturunun formalaşdırılması, mühasibatlığın funksiyası, müəssisələrin qeydiyyata alınması, ilkin uçot sənədləri, hesablar planı, uzunmüddətli maddi və qeyri-maddi aktivlər, həmçinin amortizasiyanın hesablanması haqqında mövzular ətraflı şəkildə tədris olunub. Sonuncu gün isə satılan malın maya dəyəri, əmək haqqı uçotu və büdcə öhdəlikləri, hesabatların tərtibi haqqında məlumatlar verilib.

Proqram çərçivəsində 82 müəllim və istehsalat ustası “Bərbər”, “Ərzaq və qeyri ərzaq malların satıcısı”, “Avtomobil təmiri” sahəsi üzrə “Çilingər-təmirçi”, “Avtomobil diaqnostikası”, “Dərzi”, “Çilingər-santexnik”, “Dağ mədən işləri üzrə mütəxəssis”, “Elektrik qaz qaynaqçısı”, “Mehmanxana inzibatçısı” və “Aşpaz” ixtisasları üzrə təşkil edilən təlimlərə cəlb edilib. Təşəbbüsün məqsədi beynəlxalq təcrübə əsasında iş yerlərində təlim, stajkeçmə mexanizminin yaradılması və fərqli iqtisadi sahələr üzrə fəaliyyət göstərən işəgötürən müəssisələrdə peşə təhsili sahəsində çalışan mühəndis-pedaqoji heyətin ixtisasartırma təlimini həyata keçirmək olub.

 

1 / 14