Peşə Təhsili üzrə Dövlət Agentliyi

"BACARIQLI OL" Usta Yanında Öyrənmə Proqramı çərçivəsində “Satıcı - kassir” ixtisası üzrə 12 həftəlik qısamüddətli təlim kursu sona çatıb
Peşə Təhsili üzrə Dövlət Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Peşə təhsil müəssisələrində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunan silsilə tədbirlər həyata keçirilir
"Əlaqə Mərkəzi Təmsilçisi" istiqaməti üzrə keçirilən təlim iştirakçılarına sertifikatlar təqdim olunub
“WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında iştirak üçün Kibertəhlükəsizlik üzrə Milli Yarışın II mərhələsi keçirilib

Qəbələdə “Üzümçülük və şərab ustası” ixtisası üzrə təhsil alan tələbələr dual təhsil proqramına uyğun olaraq “Aspi Agro” MMC-yə məxsus şərab zavodunda təcrübə keçirlər

07.01.2022

Ötən tədris ilində olduğu kimi, cari tədris ilində də Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Üzümçülük və şərab ustası” ixtisasını seçən bir qrup tələbələri üçün tədris dual təhsil proqramı çərçivəsində təşkil edilməkdədir. Bu proqram çərçivəsində sözügedən ixtisasın II kursunda təhsil alan 18 tələbəsi hazırda praktiki bacarıqlara “Aspi Agro” MMC-nin emal zavodunda yiyələnirlər.

Belə ki, tələbələr həftənin dörd günü Mərkəzdə nəzəri dərslərdə iştirak edir, bir günü isə sahədə praktiki təcrübəyə cəlb olunurlar. Hazırda tələbələr “Aspi Agro” MMC-yə məxsus şərab zavodunda hazır məhsulun doldurulması, etiketlənməsi və paketlənməsi işlərinin aparılması istiqaməti üzrə qaydalar və iş prinsipinin əsaslarını öyrənirlər. Bundan əlavə təcrübə müddətində doldurulan şüşələrin qüsurlaşdırılması işlərində də yaxından iştirak edirlər. Həmçinin yaz aylarından etibarən üzüm sahəsinə qulluğun bütün mərhələləri sözügedən müəssisənin mütəxəssislərinin birbaşa nəzarəti altında istehsalat təlimi və təcrübəsinin təşkili ilə bağlı ayrılan 2 hektar üzüm sahəsində  aparılacaq.  Proqram sonunda ən yaxşı nəticə nümayiş etdirən tələbələrin işə götürülməsi nəzərdə tutulur.

Qeyd edək ki, “təcrübəyə əsaslanan öyrənmə” metodu üzrə həyata keçirilən “Bacarıqlı ol” layihəsinin məqsədi praktiki biliklərin real iş mühitində əldə edilməsini təmin etməkdən ibarətdir. Bu təşəbbüs çərçivəsində tələbələr praktiki bacarıqlara tərəfdaş işəgötürən müəssisələrdə iş prosesində iştirak etməklə yiyələnirlər.

1 / 14