Peşə Təhsili üzrə Dövlət Agentliyi

"BACARIQLI OL" Usta Yanında Öyrənmə Proqramı çərçivəsində “Satıcı - kassir” ixtisası üzrə 12 həftəlik qısamüddətli təlim kursu sona çatıb
Peşə Təhsili üzrə Dövlət Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Peşə təhsil müəssisələrində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunan silsilə tədbirlər həyata keçirilir
"Əlaqə Mərkəzi Təmsilçisi" istiqaməti üzrə keçirilən təlim iştirakçılarına sertifikatlar təqdim olunub
“WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında iştirak üçün Kibertəhlükəsizlik üzrə Milli Yarışın II mərhələsi keçirilib

Seçilmiş peşə təhsil müəssisələrinin rəhbər şəxsləri təltif edilib

29.12.2021

29 dekabr tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən 2021-ci ilin yekunlarına dair seçilmiş peşə təhsil müəssisələrinin rəhbər heyəti ilə görüş keçirilib. Tədbirdə peşə təhsili sahəsinin inkişafında göstərdiyi xidmətlərə görə 8 direktor və 5 direktor müavini təşəkkürnamələrlə təltif edilib.

Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzalıyev, direktor müavini Ceyhun Kərəmov, şöbə müdirləri və bir qrup peşə təhsil müəssisələrinin rəhbər şəxsləri iştirak edib.

Agentlik rəhbəri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə peşə təhsil müəssisələrinin nümayəndələrini təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb, 2021-ci ilin yekunlarına dair fikirlərini bölüşüb. Yola saldığımız il ərzində peşə təhsili sahəsində görülən işlərin keyfiyyətindən məmnunluğunu dilə gətirən Valeh Mirzalıyev 2022-ci ildə nəzərdə tutulan peşə təhsil müəssisələrinin işinin daha effektiv icrası üçün tövsiyə və təkliflərini verib.

1 / 14