“AzerGold” QSC və Peşə Təhsili üzrə Dövlət Agentliyi peşə təhsili alan tələbələr üçün növbəti təqaüd proqramını elan edir
Direktor və direktor müavinlərinin işə qəbul müsabiqəsinin müsahibə mərhələsi üzrə apelyasiya prosesinə start veriləcək
“Cənubi Qafqazda peşə təhsilinə dəstək” layıhəsinin yekunlarına həsr olunan dəyirmi masa təşkil edilib
Peşə təhsil müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün “logistika operatoru” ixtisası üzrə təlimlər keçirilir
Avando.az portalının təqdimat mərasimi keçirilib

“WorldSkills Azerbaijan” platforması Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri üçün məlumatlandırma sessiyaları təşkil edib

24.12.2021

“WorldSkills Azerbaijan” platformasının nümayəndə heyəti 23 - 24 dekabr tarixlərində Azərbaycan Texniki Universitetinin İnformasiya və Telekommunikasiya Texnologiyaları fakültəsinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsinin tələbələri üçün məlumatlandırma sessiyaları keçirib.

Təqdimat zamanı “WorldSkills Azerbaijan” platformasının fəaliyyəti, görülən işlər və ən əsası Kibertəhlükəsizlik üzrə Milli Yarışla bağlı vacib məqamlar paylaşılıb. Təqdimat zamanı tələbələr yarışın qeydiyyat prosesi və mərhələləri ilə barədə ətraflı məlumatlandırılıb və eyni zamanda tələbələrin sualları cavablandırılıb.

Bildirilib ki, üç mərhələdən ibarət yarışda 25 yaşa qədər olan gənclər iştirak edə bilərlər. Yarışın sonunda ən yaxşı nəticə göstərən iştirakçılar kibertəhlükəsizlik üzrə “WorldSkills Azerbaijan” platformasının yığma komandasına daxil olaraq “WorldSkills Shanghai 2022” beynəlxalq yarışının hazırlıq prosesinə cəlb olunacaqlar. Seçilmiş iki iştirakçı 12-17 oktyabr 2022-ci ildə “WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında Azərbaycanı təmsil etmək hüququ qazanacaq.

Yarışa müraciətlər 28 dekabr 2021-ci il tarixinədək qəbul edilir. Yarışda iştirak arzusunda olan namizədlər keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Müsabiqə Peşə Təhsili üzrə Dövlət Agentliyi və “WorldSkills Azerbaijan” platformasının əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Xatırladaq ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.

1 / 14