Peşə təhsil müəssisələrinə elektron tələbə qəbulunun I mərhələsi yekunlaşıb
Peşə təhsilinin təşviqi məqsədilə yeni kampaniyaya start verilib
Dual Təhsil Proqramının əhatə dairəsi genişləndirilir
Yüksək texniki peşə təhsil səviyyəsi üzrə müəllimlərin işə qəbulu müsabiqəsinə başlanılır
İxtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbul imtahanının keçirildiyi Azərbaycan Texniki Universitetinə infotur təşkil edilib

Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə “İ Service” MMC arasında Əməkdaşlıq Memorandumu imzalanıb

24.12.2021

9 dekabr tarixində Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə “İ Service” MMC arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Razılaşmaya əsasən Mərkəzin “Mobil telefonların təmiri ustası” ixtisası üzrə təhsil alan 12 nəfər tələbəsi dual təhsil proqramına uyğun olaraq, müəssisədə keçirilən nəzəri dərslərlə yanaşı həftədə iki dəfə olmaqla işəgötürən şirkətdə praktiki təcrübəyə cəlb edilir. Sözügedən sahə üzrə praktiki bacarıqların öyrədilməsi işəgötürənin yerli mütəxəssislərinin birbaşa nəzarəti altında aparılacaq.

Əməkdaşlığın yaradılmasında məqsəd “Mobil telefonların təmiri ustası” ixtisası üzrə kvalifikasiyalı kadrların yetişdirilməsi prosesinə birbaşa tövhə verməkdən ibarətdir.

Sözügedən razılaşma çərçivəsində, həmçinin “Mobil telefonların təmiri ustası” ixtisası üzrə məzun olmuş şəxslərin işlə təmin olunmasına dəstək verilməsi də nəzərdə tutulur.

1 / 14