Elm və təhsil nazirinin müavini İdris İsayev “WorldSkills Azerbaijan” komandası ilə görüşüb
Peşə təhsil müəssisələrinin müəllim-pedaqoji heyəti üçün Türkiyə Respublikasına təlim səfəri təşkil olunub
80-dən çox peşə təhsili alan tələbə duala bənzər proqrama cəlb edilib
Peşə Təhsili üzrə Dövlət Agentliyi Peşə təhsil müəssisələrində “Akademik məsləhətçi (tyutor)” vakansiyası elan edir.
Dual Təhsil Proqramı çərçivəsində təhsil alan tələbələrin iş yerində praktiki məşğələlərinə start verilib

“WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında iştirak üçün Kibertəhlükəsizlik üzrə Milli Yarış elan olunur

18.12.2021

18 dekabr tarixindən etibarən etibarən ölkəmizi “WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında təmsil edə biləcək gənclərin seçilməsi üçün Kibertəhlükəsizlik üzrə Milli Yarışa start verilir.

Üç mərhələdən ibarət yarışda 25 yaşa qədər olan gənclər iştirak edə bilərlər. Qeydiyyatdan keçmiş namizədlər arasından seçilmiş iştirakçılar ikinci mərhələdə kibertəhlükəsizlik üzrə nəzəri və praktiki sualları cavablandırmalıdırlar. Üçüncü mərhələdə isə namizədləri texniki və nəzəri çalışmalar gözləyir.

Yarışın sonunda ən yaxşı nəticə göstərən iştirakçılar kibertəhlükəsizlik üzrə “WorldSkills Azerbaijan” platformasının yığma komandasına daxil olaraq “WorldSkills Shanghai 2022” beynəlxalq yarışının hazırlıq prosesinə cəlb olunacaqlar. Qalib olan iki iştirakçı 12-17 oktyabr 2022-ci ildə “WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında Azərbaycanı təmsil etmək hüququ qazanacaq.

Müraciətlər 28 dekabr 2021-ci il tarixinədək qəbul edilir. Yarışda iştirak arzusunda olan namizədlər keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Müsabiqə Peşə Təhsili üzrə Dövlət Agentliyi və “WorldSkills Azerbaijan” platformasının əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Xatırladaq ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.

1 / 14