Elm və təhsil nazirinin müavini İdris İsayev “WorldSkills Azerbaijan” komandası ilə görüşüb
Peşə təhsil müəssisələrinin müəllim-pedaqoji heyəti üçün Türkiyə Respublikasına təlim səfəri təşkil olunub
80-dən çox peşə təhsili alan tələbə duala bənzər proqrama cəlb edilib
Peşə Təhsili üzrə Dövlət Agentliyi Peşə təhsil müəssisələrində “Akademik məsləhətçi (tyutor)” vakansiyası elan edir.
Dual Təhsil Proqramı çərçivəsində təhsil alan tələbələrin iş yerində praktiki məşğələlərinə start verilib

“AzerGold” QSC Gəncə və Daşkəsənin peşə təhsili müəssisələrinin əməkdaşları üçün istehsalat təcrübəsi təşkil edib

17.12.2021

13-17 dekabr tarixlərində “AzerGold” QSC və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində sənaye istiqaməti üzrə seçilmiş peşə təhsil müəssisələrində tədris aparan təlim ustaları üçün istehsalat təcrübəsi təşkil olunub. Praktiki məşğələlər formatında keçirilən tərcübə proqramı şirkətin Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində icra edilib. İstehsalat təcrübəsinə Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin və Daşkəsən Peşə Məktəbinin çilingər-santexnik, dağ mədən işləri üzrə mütəxəssis və elektrik qaz qaynaqçısı ixtisasları üzrə tədris aparan istehsalat üzrə təlim ustaları qatılıblar.

Sözügedən təcrübə proqramı “İşəgötürənlərlə birgə çalışan işçilər üçün ixtisasartırma və kadr hazırlığı təlimlərinin təşkili” təşəbbüsü çərçivəsində həyata keçirilir. Layihə beynəlxalq təcrübə əsasında iş yerlərində təlim, stajkeçmə mexanizminin yaradılması və işəgötürən müəssisələrdə peşə təhsili sahəsində çalışan mühəndis-pedaqoji heyətin ixtisas artırmasına xidmət edir.       

Xatırladaq ki, 19 may 2020-ci il tarixində dağ-mədən sahəsi üzrə ehtiyac duyulan peşə təhsilli ixtisaslı kadrların hazırlanması istiqamətində "AzerGold" QSC və Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında birgə fəaliyyətə dair Anlaşma Memorandumu imzalanıb.

 

 

1 / 14