Elm və təhsil nazirinin müavini İdris İsayev “WorldSkills Azerbaijan” komandası ilə görüşüb
Peşə təhsil müəssisələrinin müəllim-pedaqoji heyəti üçün Türkiyə Respublikasına təlim səfəri təşkil olunub
80-dən çox peşə təhsili alan tələbə duala bənzər proqrama cəlb edilib
Peşə Təhsili üzrə Dövlət Agentliyi Peşə təhsil müəssisələrində “Akademik məsləhətçi (tyutor)” vakansiyası elan edir.
Dual Təhsil Proqramı çərçivəsində təhsil alan tələbələrin iş yerində praktiki məşğələlərinə start verilib

Turizm sahəsi üzrə ixtisaslı kadrların yetişdirilməsi məqsədilə qısamüddətli təlimlər təşkil ediləcəkdir.

13.12.2021

     Peşə Təhsili üzrə Dövlət Agentliyi və Dövlət Turizm Agentliyinin birgə əməkdaşlığı çərçivəsində turizm sahəsi üzrə ixtisaslı kadrların yetişdirilməsi məqsədilə qısamüddətli təlimlər keçiriləcək. Təlimlər Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən turizm sahəsində fəaliyyət göstərən müəssisələrlə birgə əməkdaşlıq şəraitində təşkil ediləcəkdir. Təlimlərin əsas məqsədi qısa müddət ərzində turizm və xidmət sahəsində bilik və bacarıqların artırılması yolu ilə vətəndaşların məşğulluq imkanlarının genişləndirilməsindən ibarətdir.  

     İlkin mərhələ olaraq hoteldə təmizlik xidməti, ofisiant və barista istiqamətləri üzrə təlimlərin keçirilməsi planlaşdırılır. Təlimlərə hotelçilik və xidmət sahəsində işləməyə həvəsi olan şəxslər müraciət edə bilər. Müraciətlərin qəbulu 10 yanvar 2022-ci il tarixinədək elektron ərizə forması üzərindən həyata keçiriləcəkdir.

     Qeyd edək ki, təlimlər əmək bazarının ehtiyaclarına uyğun hazırlanıb. Bakı şəhərində təşkil ediləcək təlimlərin növbəti mərhələdə regionları da əhatə edəcəyi nəzərdə tutulur.

     Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə həyata keçirilən digər qısamüddətli təlimlər barədə məlumatlar Peşə Təhsili üzrə Dövlət Agentliyinin sosial media səhifələri üzərində geniş ictimaiyyət ilə bölüşülməkdədir.

1 / 14