Elm və təhsil nazirinin müavini İdris İsayev “WorldSkills Azerbaijan” komandası ilə görüşüb
Peşə təhsil müəssisələrinin müəllim-pedaqoji heyəti üçün Türkiyə Respublikasına təlim səfəri təşkil olunub
80-dən çox peşə təhsili alan tələbə duala bənzər proqrama cəlb edilib
Peşə Təhsili üzrə Dövlət Agentliyi Peşə təhsil müəssisələrində “Akademik məsləhətçi (tyutor)” vakansiyası elan edir.
Dual Təhsil Proqramı çərçivəsində təhsil alan tələbələrin iş yerində praktiki məşğələlərinə start verilib

“WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında iştirak üçün aşpazlıq üzrə Milli müsabiqəni III mərhələsi keçirilir

30.11.2021

30 noyabr tarixində “WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında ölkəmizi təmsil edəcək gənclərin müəyyən edilməsi üçün aşpazlıq üzrə Milli müsabiqənin III mərhələsi keçirilir.

Müraciətçilər arasında III mərhələyə keçid hüququ qazanmış 20 iştirakçı 3 saat 30 dəqiqə ərzində sirli qutuda təqdim edilən inqrediyentlərdən istifadə etməklə bir salat və bir əsas yemək növü hazırlayacaqlar. Münsiflər heyətinin qiymətləndirməsi “WorldSkills International” təşkilatinın qoyduğu peşə standartlarına əsasən aparılacaq. Müsabiqənin nəticələrinə əsasən 5 qalib bu gün axşam saatlarında mükafatlandırma mərasimində elan ediləcək.

Cari mərhələdə uğur qazanan iştirakçılar "CÀSÀ" Kulinariya Mərkəzində ödənişsiz əsaslarla təlim-təcrübə proqramına qoşulacaq. Təcrübə proqramının sonunda, imtahanların nəticələrinə əsasən, 5 nəfərdən yalnız 3 Final mərhələsinə doğru irəliləyəcək.

Final mərhələsinin yekununda qalib şəxs “CÀSÀ” Kulinariya Mərkəzi tərəfindən "Diplom Proqramları" üçün təqaüd əldə edəcək və önümüzdəki ilin 12-17 oktyabr tarixlərində Azərbaycanı “WorldSkills Shanghai 2022” bacarıq yarışlarında təmsil etmə hüququ qazanacaq.

Müsabiqə Peşə Təhsili üzrə Dövlət Agentliyi, “WorldSkills Azerbaijan” platforması və “CÀSÀ” Kulinariya Mərkəzinin əməkdaşlığı çərçivəsində həyata keçirilir. Ümumilikdə 5 mərhələdən ibarət olan Milli müsabiqəyə 168 şəxs qeydiyyatdan keçib.

Xatırladaq ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.

1 / 14