Elm və təhsil nazirinin müavini İdris İsayev “WorldSkills Azerbaijan” komandası ilə görüşüb
Peşə təhsil müəssisələrinin müəllim-pedaqoji heyəti üçün Türkiyə Respublikasına təlim səfəri təşkil olunub
80-dən çox peşə təhsili alan tələbə duala bənzər proqrama cəlb edilib
Peşə Təhsili üzrə Dövlət Agentliyi Peşə təhsil müəssisələrində “Akademik məsləhətçi (tyutor)” vakansiyası elan edir.
Dual Təhsil Proqramı çərçivəsində təhsil alan tələbələrin iş yerində praktiki məşğələlərinə start verilib

“Kənd təsərrüfatı mallarının saxlanması və anbarlanması üzrə logistika mütəxəssisi” ixtisası üzrə təhsil alan tələbələr “Qafqaz Konserv Zavodu”nda tanışlıq məqsədli təcrübə həftəsinə başlayıb

26.11.2021

22 noyabr tarixindən etibarən Xaçmaz Peşə Məktəbinin “Kənd təsərrüfatı mallarının saxlanması və anbarlanması üzrə logistika mütəxəssisi” ixtisası üzrə təhsil alan I kurs tələbələri “Qafqaz Konserv Zavodu”nda tanışlıq məqsədli təcrübə həftəsinə başlayıblar. Təcrübə müddətində tələbələr anbarlama və logistika dəyər zəncirinin bütün mərhələləri ilə bağlı məlumat əldə edəcək. Növbəti ilin yanvar ayından etibarən sözügedən tələbələr tədris proqramına uyğun olaraq istehsalat təliminə başlayacaq.

Təlim təcrübəsi Xaçmaz Peşə Məktəbi, “Qafqaz Konserv Zavodu”, Cənubi Qafqazda “Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi” proqramın dəstəyi ilə əldə olunan uğurlu əməkdaşlığın nəticəsidir. Sözügedən əməkdaşlıq Almaniyanın dual peşə təhsili və təlimi modelinə əsaslanan dualabənzər peşə təhsili və təliminin tətbiqinin bir hissəsidir. Birgə fəaliyyət logistika və nəqliyyat sektorunda peşə təhsili və təliminin cəlbediciliyinin artırılmasına yönəlib. Dualabənzər peşə təhsili və təlimi özəl sektorla möhkəm  və davamlı əlaqələrin qurulmasını, şirkətlərdə əmək bazarı yönümlü kurikulumların və praktiki təlimlərin tətbiqini prioritetləşdirir.

 “Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi” proqramı Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyin dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən həyata keçirilir və 2017-2023-ci illəri əhatə edir. Azərbaycan üzrə proqramın əsas məqsədləri tələbələrin özəl sektorda praktiki təlimə cəlb olunaraq ikili (dual) peşə təhsilinə yiyələnməsini təmin etmək, yeni peşə təhsili ixtisaslarının yaradılması ilə yanaşı peşə təhsili üzrə idarə heyətinin, müəllim kollektivinin və şirkətdaxili təlimçilərin potensialını gücləndirmək, məşğulluğa təsir və peşə təhsilinin inteqrasiyasına fokuslanmış davamlı iqtisadi inkişafı təşviq etməkdir.

1 / 14