Peşə Təhsili üzrə Dövlət Agentliyi

“Mühafizəçi” ixtisası üzrə qısamüddətli təlimlərə müraciətlərin qəbulu davam edir
Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin mentorları üçün təcrübə mübadiləsi sessiyası keçirilib
“WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında iştirak üçün aşpazlıq üzrə Milli müsabiqənin III mərhələsinin qalibləri müəyyənləşib
Karyera məsləhətçilərinin bacarıqlarının artırılması üçün üçün təlimlərin I mərhələsi başa çatıb
Peşə Təhsili üzrə Dövlət Agentliyi, KOBİA və Dövlət Məşğulluq Agentliyinin birgə tərəfdaşlığı çərçivəsində “Gənclərin biznes emalatxanası” layihəsinin təqdimat mərasimi keçirilib

Lənkəran Peşə Liseyinin tələbələri regionun qabaqcıl hotellərində dual təhsil proqramı çərçivəsidə praktiki məşğələlərə başlayıb

25.11.2021

Cari tədris ilindən başlayaraq Lənkəran Peşə Liseyinin bir neçə ixtisas qrupunda tədris regionun qabaqcıl hotelləri ilə birgə dual təhsil proqramı formatında həyata keçirilir.

Müəssisələr arasında bağlanan əməkdaşlıq müqavilələrinə əsasən Lənkəran Peşə Liseyinin “Turizm sahəsində iaşə mütəxəssisi” ixtisas qruplarında təhsil alan tələbələr Lankaran Spring Wellness Resort və Xəzər Palace hotellərində, “Aşpaz” ixtisasında təhsil alanlar isə Carnaval hoteldə təcrübə qazanırlar.

Təhsilalanların aralıq və yekun qiymətləndirmələri işəgötürənlərin bazasında həyata keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, Lənkəran Peşə Liseyinin tələbələri təhsil aldıqları ixtisaslar üzrə işəgötürənlərin həyata keçirdikləri müxtəlif layihələrdə iştirak etmək imkanı əldə edirlər. Ən yaxşı nəticə göstərən tələbələrin işəgötürənlər tərəfindən işlə təmin olunması nəzərdə tutulur. Qeyd edilən ixtisas qruplarında tədris prosesini aparan istehsalat təlim ustaları və ixtisas fənn müəllimləri işəgötürən təşkilatlardan dəvət olunublar. Sözügedən istehsalat təlim ustaları müxtəlif vaxtlarda peşə təhsil müəssisələrinin məzunları olub və hal-hazırda çalışdıqları müəssisələrdə mütəxəssis vəzifələrində çalışırlar.

Lənkəran Peşə Liseyi turizm və turizmlə bağlı iaşə sahəsində dövlət və özəl sektorun əməkdaşlığı çərçivəsində birgə kadr hazırlığını həyat keçirmək məqsədilə ötən il Lankaran Spring Wellness Resort, Xəzər Palace, cari ildə Carnaval Otelləri ilə əməkdaşlığı müqavilələri imzalayıb. Birgə əməkdaşlıq Lənkəran Peşə Liseyi və sözügedən işəgötürənlərlə turizm sahəsində aşpaz ixtisasları  üzrə  birgə  kadr  hazırlığının  təşkilinə,  Lənkəran  iqtisadi  regionunda  qeyd  olunan sahələr üzrə  kadr ehtiyaclarının  ödənilməsinə, işəgötürənlərlə birgə layihələrin  hazırlanmasına xidmət etməkdədir.

1 / 14