Peşə Təhsili üzrə Dövlət Agentliyi

“Mühafizəçi” ixtisası üzrə qısamüddətli təlimlərə müraciətlərin qəbulu davam edir
Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin mentorları üçün təcrübə mübadiləsi sessiyası keçirilib
“WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında iştirak üçün aşpazlıq üzrə Milli müsabiqənin III mərhələsinin qalibləri müəyyənləşib
Karyera məsləhətçilərinin bacarıqlarının artırılması üçün üçün təlimlərin I mərhələsi başa çatıb
Peşə Təhsili üzrə Dövlət Agentliyi, KOBİA və Dövlət Məşğulluq Agentliyinin birgə tərəfdaşlığı çərçivəsində “Gənclərin biznes emalatxanası” layihəsinin təqdimat mərasimi keçirilib

Avropa Təlim Fondunun (ATF) “Ömürboyu təhsilə əsaslanan karyera inkişaf” mövzusunda keçirilmiş vebinarda Peşə Təhsili üzrə Dövlət Agentliyi öz təcrübəsini bölüşüb

19.11.2021

Avropa Təlim Fondu tərəfindən (ATF) tərəfdaş qurumların cəlb edildiyi “Ömürboyu təhsilə əsaslanan karyera inkişaf” mövzusunda onlayn vebinar keçirilib. Vebinarın məqsədi ömürboyu təhsil çərçivəsində karyera inkişafını dəstəkləyən Avropa İttifaqına üzv olan ölkələrin peşəyönümü və karyera məsləhəti sistemləri sahəsində son təcrübələrini və uğurlu nümunələrini paylaşmaq olub.

Vebinara Peşə Təhsili üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi, ATF və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının nümayəndələri, eləcə də peşə təhsil müəssisələrinin direktorları qatılıb.

Tədbirdə PTDA-nın direktor müavini Ceyhun Kərəmov Azərbaycanda peşəyönümü və karyera məsləhəti sahəsində qəbul edilmiş əhəmiyyətli qanunlar, son islahatlar və siyasi baxışa dair çıxış edib və gələcək perspektivlərdən danışıb. Daha sonra, İşəgötürənlərlə iş və İnnovativ layihələr şöbəsinin müdiri Ceyran Məmmədli peşə təhsilinin imicinin yüksəldilməsində həyata keçirilən işlər və tətbiq edilən innovativ kommunikasiya barədə təqdimat edib. Təqdimat şöbə müdirinin müavini Nigar İsmayılzadə-Əsgərovanın COVID-19 pandemiyası dövründə uğurlu peşəyönümü tədbirləri və Karyera Mərkəzlərinin yaradılmasına dair çıxışı ilə yekunlaşdırılıb.

Tədbirin yekununda beynəlxalq təcrübələr və gələcək çağırışlara dair siyasət təklifləri üzrə ekspertlərlə fikir mübadiləsi aparılıb.

 

 

1 / 14