Elm və təhsil nazirinin müavini İdris İsayev “WorldSkills Azerbaijan” komandası ilə görüşüb
Peşə təhsil müəssisələrinin müəllim-pedaqoji heyəti üçün Türkiyə Respublikasına təlim səfəri təşkil olunub
80-dən çox peşə təhsili alan tələbə duala bənzər proqrama cəlb edilib
Peşə Təhsili üzrə Dövlət Agentliyi Peşə təhsil müəssisələrində “Akademik məsləhətçi (tyutor)” vakansiyası elan edir.
Dual Təhsil Proqramı çərçivəsində təhsil alan tələbələrin iş yerində praktiki məşğələlərinə start verilib

Lənkəran Peşə Liseyinin Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlığı davam edir

19.11.2021

Lənkəran Peşə Liseyinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu  ilə əməkdaşlığı uğurla davam edir.

Əməkdaşlıq çərçivəsində, İnstitutun əməkdaşları Liseydə kadr hazırlığına cəlb olunub və tədris müddətində tələbələr Lənkəran Çay Filialına məxsus 3 ha sahədə sitrus bağlarının salınmasında yaxından iştirak ediblər. Həmçinin hal-hazırda Liseyin Kənd Təsərrüfatı Məhsullarının istehsalı istiqaməti üzrə “Fermer”, “Çay və Sitrus Ustası”, “Bitkiçilik mütəxəssisi” ixtisaslarında təhsil alan tələbələri istehsalat təlimi və təcrübələrini İnstitutun istehsalat təcrübə bazasında həyata keçirirlər. Bundan əlavə, 2022-ci ilin yaz aylarında Liseyin “Geniş profilli traktorçu maşınçı” ixtisasında təhsil alan tələblərinin kənd təsərrüfatı texnikalarında sürüş dərsləri də İnstituta məxsus sahələrində aparılacaq.

Birgə tədbirlərdən biri də ötən tədris ilində Lənkəran Peşə Liseyinin “Kənd Təsərrüfatı Məhsullarının istehsalı üzrə Fermer” qrupunun məzunlarının bilik və təcrübələrinin yekun qiymətləndirilməsinin Elmi-Tədqiqat İnstitutunun Lənkəran Çay filialında keçirilməsi olub. Məzunların bilik və bacarıqlarının yekun qiymətləndirilməsində Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları və İnstitutda səfərdə olan Belorusiya Elmlər Akademiyasının Meyvəçilik İnstitutunun mütəxəssisi iştirak edib.

Lənkəran Peşə Liseyi və Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq 2019-cü ildə kənd təsərrüfatı, xüsusən çayçılıq və sitrus meyvəçiliyi istiqamətində birgə kadr hazırlığı məqsədilə bağlanmış müqaviləyə əsasən həyata keçirilir. Əməkdaşlığın sözügedən sahədə inkişaf etdirilməsi və yüksək nəticə göstərən məzunların Elmi-Tədqiqat İnstitutunun filiallarında işlə təmin olunması nəzərdə tutulub.

1 / 14