“Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçılarına aktivlərin verilməsi mərhələsi başlayıb
Elm və Təhsil Nazirliyi yanında İşəgötürənlər üzrə Məşvərətçi Şuranın iclası keçirilib
Peşə təhsilini təmsil edən komandalar SAF 2022-də mükafat qazanıblar
Peşə təhsili üzrə “AzerGold” təqaüdünün qalibləri mükafatlandırılıb
Elm və təhsil nazirinin müavini İdris İsayev “WorldSkills Azerbaijan” komandası ilə görüşüb

Lənkəran Peşə Liseyinin “Qənnadçı-şirniyyatçı” ixtisası üzrə təhsil alan tələbələri dual təhsilə cəlb olunublar

11.11.2021

     Lənkəran Peşə Liseyinin “Qənnadçı-şirniyyatçı” ixtisası üzrə təhsil alan tələbələri  “LARAN” MMC qənnadı fabrikində dual təhsilə cəlb olunublar. Tədris prosesi zamanı təhsilalanlar istehsalat təlimi və təcrübələrini fabrikin istehsal sahələrində əldə edirlər. Bundan əlavə razılaşmaya görə ixtisas dərsləri də tələbələrə fabrik daxilində keçirilir. Qənnadı və şirniyyat məhsullarının istehsalı üzrə təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsində fabrikin ixtisaslı mütəxəssislərinin iştirakı təmin edilir. Təlim proqramı altı ay müddətində davam edəcək.

     Birgə əməkdaşlığa 16 avqust 2021-ci il tarixində qənnadı və şirniyyat məhsullarının  istehsalı üzrə kadr hazırlığını həyata keçirmək məqsədilə Lənkəran Peşə Liseyi və  Lənkəranda yeni açılmış, müasir texnologiyalara cavab verən qənnadı fabriki  arasında bağlanan müqavilə əsasında icra edilməkdədir.

     Əməkdaşlıq regionda qənnadı və şirniyyat məhsullarının istehsalı üzrə birgə kadr hazırlığının təşkilini, habelə müxtəlif mütəşəkkil layihələrin hazırlanmasını nəzərdə tutur.

     Növbəti dövrdə tədris müddətində ən yaxşı nəticə göstərən təhsilalanların fabrikdə işlə təmin olunması nəzərdə tutulur.

1 / 14