Peşə Təhsili üzrə Dövlət Agentliyi

“Mühafizəçi” ixtisası üzrə qısamüddətli təlimlərə müraciətlərin qəbulu davam edir
Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin mentorları üçün təcrübə mübadiləsi sessiyası keçirilib
“WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında iştirak üçün aşpazlıq üzrə Milli müsabiqənin III mərhələsinin qalibləri müəyyənləşib
Karyera məsləhətçilərinin bacarıqlarının artırılması üçün üçün təlimlərin I mərhələsi başa çatıb
Peşə Təhsili üzrə Dövlət Agentliyi, KOBİA və Dövlət Məşğulluq Agentliyinin birgə tərəfdaşlığı çərçivəsində “Gənclərin biznes emalatxanası” layihəsinin təqdimat mərasimi keçirilib

Təhsil Nazirliyinin nümayəndə heyətinin Türkiyəyə səfəri başlayıb

01.11.2021

      Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzalıyevin noyabrın 1-də təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Türkiyə Respublikasına səfəri başlayıb.

      Səfər çərçivəsində təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının milli təhsil naziri Mahmut Özerlə görüşüb. Görüş zamanı iki ölkə arasında ümumi və peşə təhsili sahəsində əməkdaşlığın cari vəziyyəti və əlaqələrin gələcək perspektivləri müzakirə olunub. Tərəflər 19 fevral 2021-ci il tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”unun icrasından irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparıb.

      Həmçinin, Təhsil Nazirliyinin nümayəndə heyəti Bilkənt Universitetini də ziyarət edib. Universitetin rektoru Abdullah Atalar ilə keçirilən görüş zamanı Bilkənt Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

1 / 14