“Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçılarına aktivlərin verilməsi mərhələsi başlayıb
Elm və Təhsil Nazirliyi yanında İşəgötürənlər üzrə Məşvərətçi Şuranın iclası keçirilib
Peşə təhsilini təmsil edən komandalar SAF 2022-də mükafat qazanıblar
Peşə təhsili üzrə “AzerGold” təqaüdünün qalibləri mükafatlandırılıb
Elm və təhsil nazirinin müavini İdris İsayev “WorldSkills Azerbaijan” komandası ilə görüşüb

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə peşə təmayüllü siniflərin şagirdlərinin təcrübə səfəri baş tutub

28.10.2021

      28 oktyabr tarixində “Peşə Təmayüllü Siniflərin Təşkili” layihəsi çərçivəsində Qəbələ rayon Vəndam qəsəbə E.Mehdiyev adına 1 saylı tam orta məktəbin peşə təmayüllü 10-cu sinif şagirdlərinin Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə təcrübə səfəri baş tutub.

      Səfər zamanı “Dərzi köməkçisi” və “İT köməkçisi” ixtisaslarında təhsil alan şagirdlər Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin emalatxanaları ilə tanış olublar. Bununla yanaşı şagirdlər ixtisasları üzrə müvafiq qrupların dərslərində iştirak ediblər.

      Şagirdlər təcrübə səfərində iştiraklarından məmnunluqlarını, peşə təhsilinə olan maraqlarını, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yaradılmış imkanların zəruriliyini dilə gətiriblər.

      Səfər Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Qəbələ Rayon Təhsil Şöbəsinin təşəbbüsü ilə təşkil olunub.

      Qeyd edək ki, “Peşə Təmayüllü Siniflərin Təşkili” layihəsi Respublikamızda 2019-cu ildən həyata keçirilir. Qəbələ rayonunda isə bu layihə cari ildən fəaliyyətə başlayıb. Sözügedən layihənin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə təhsil, bilik və bacarıqlara yiyələnməsini təmin etmək, həmçinin peşə ixtisasları barədə təhsilalanları məlumatlandırmaqla onları əmək bazarına, eləcə də peşə təhsilinə hazırlamaqdır.

1 / 14