Peşə Təhsili üzrə Dövlət Agentliyi

“Mühafizəçi” ixtisası üzrə qısamüddətli təlimlərə müraciətlərin qəbulu davam edir
Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin mentorları üçün təcrübə mübadiləsi sessiyası keçirilib
“WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında iştirak üçün aşpazlıq üzrə Milli müsabiqənin III mərhələsinin qalibləri müəyyənləşib
Karyera məsləhətçilərinin bacarıqlarının artırılması üçün üçün təlimlərin I mərhələsi başa çatıb
Peşə Təhsili üzrə Dövlət Agentliyi, KOBİA və Dövlət Məşğulluq Agentliyinin birgə tərəfdaşlığı çərçivəsində “Gənclərin biznes emalatxanası” layihəsinin təqdimat mərasimi keçirilib

Lənkəran Peşə Liseyi “Azərbaycanın Cənub Bölgəsinin Mətbəx Mədəniyyəti” Respublika elmi - praktiki konsfransında iştirak edib

22.10.2021

        Ötən həftə Lənkəran Peşə Liseyi Lənkəran Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Lənkəran Regional Mədəniyyət İdarəsinin birgə təşkil etdiyi “Azərbaycanın Cənub Bölgəsinin Mətbəx Mədəniyyəti” Respublika elmi – praktiki konfransında iştirak edib.

        Tədbirin məqsədi cənub bölgəsinin mətbəx mədəniyyətinin elmi əsaslarla araşdırılması, mətbəx müzeyinin yaradılmasının təşviqi və bölgənin mətbəx nümunələrinin UNESCO-nun qeyri maddi mədəni irs siyahısına daxil edilməsinə yardım etməkdir. 

        Konfransda Lənkəran Peşə Liseyi üçün ayrılmış pavilyonda müəssisədə istehsal olunan ərzaq məhsulları və lisey məzunlarının toxuduqları suvenir xalçalar nümayiş etdirilib.  Liseyin aşpaz qrupunun istehslat təlim ustası Nüsrət Səlimov özünün icad etdiyi "Şamı Burger" milli fast food məhsulunun hazırlanması ilə bağlı iştirakçılar üçün master klass təşkil edib. Həmçinin tədbir iştirakçıları ilə birgə Lənkəran Peşə Liseyində hazırlanan qara çayın dequstasiyası keçirilib. Tədbir zamanı turizm diyarı kimi tanınan Lənkəranın mətbəx mədəniyyətinin elmi cəhətdən öyrənilməsinin və təbliğ olunmasının vacibliyi vurğulanıb. Azərbaycan Milli Kulinariya Assosiasiyasının sədri Tahir Əmiraslanov Lənkəran Peşə Liseyinin aşpaz ixtisası üzrə təhsil alan tələbələrini qurumun təşkil etdiyi “Gənc aşpazlar” müsabiqəsində iştirak etmələri üçün dəvət edib.  Tədbirin sonunda Assosiyasiyanın sədrinə Lənkəran Peşə Liseyi adından milli kontekstdə toxunan xalça hədiyyə edilib.

1 / 14